• İdman • Gündəm

Şahmat Olimpiadası da təxirə salındı

293
24-03-2020, 22:15

Bu il keçirilməli olan Şahmat Olimpiadası təxirə salınıb.

BAKU.NEWS-un məlumatına görə, bu barədə qərarı FİDE verib.

Qurum Rusiyanın paytaxtı Moskvada təşkil olunmalı yarışı 2021-ci ilə qədər təxirə salıb. Buna koronavirus pandemiyası səbəb olub.
Avqustun 6-17-də baş tutması planlaşdırılan yarışın açılış mərasimi Xanti-Mansiyskdə, qarşılaşmaları isə Moskvada təşkil olunmalı idi. Tarixdə ilk dəfə baş tutması nəzərdə tutulan Şahmat Paralimpiadası da təxirə düşüb.

FACEBOOK ŞƏRH YAZ