• İdman • Səhiyyə • Sosial • Gündəm

Gənclər və İdman Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

624
24-03-2020, 13:14

Gənclər və İdman Nazirliyi bütün dünyanı narahat edən koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ölkə əhalisinin sağlamlığının qorunması, yoluxma hallarının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri dəstəkləyir.

Bu barədə BAKU.NEWS -a Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, nazirlik Prezident İlham Əliyevin təşəbbüsünə qoşularaq ölkə başçısının 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna əməkdaşların əmək haqlarının bir hissəsini, 30 min manat məbləğində vəsaiti köçürüb.

FACEBOOK ŞƏRH YAZ