• İdman • Səhiyyə • Cəmiyyət • Sosial • Gündəm

Ümit Davala və Hasan Şaşın koronavirus testi mənfi nəticə verib - YENİLƏNİB

465
24-03-2020, 00:34

"Qalatasaray"ın köməkçi-məşqçiləri Ümit Davala və Hasan Şaşın koronavirusa yoluxması təkzib olunub.

BAKU.NEWS-un məlumatına görə, gənc mütəxəssislərin, eyni zamanda futbolçuların testi mənfi nəticə verib.

Hazırda karantində olan "Qalatasaray"ın məşqçilərinin koronavirusa yoluxmadıqları bildirilir.

Qeyd edək ki, "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak və baş məşqçisi Fatih Terim koronavirus xəstəliyinə yoluxub.

*00:34

“Qalatasaray” futbol klubunda daha üç nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

BAKU.NEWS xəbər verir ki, “Haber Global”ın məlumatına görə, komandanın iki məşqçisi və bir oyunçusunda koronavirusa yoluxma təsdiqlənib. Onlar Ümid Davala, Hasan Şaş və hələlik adı açıqlanmayan bir futbolçudur.

Məlumatda hər üçünün artıq karantinə alındığı deyilir.

Xatırladaq ki, bundan öncə “Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrakda və baş məşqçi Fatih Terimdə koronavirus aşkarlanmışdı.

FACEBOOK ŞƏRH YAZ