• İdman • Gündəm

Avrokubokların final oyunları rəsmən təxirə salındı

512
23-03-2020, 22:23

UEFA avrokubokların may ayında keçirilməli olan final oyunları ilə bağlı qərar qəbul edib.

Çempionlar Liqası, Avropa Liqası və qadınlar arasında Çempionlar Liqasının həlledici görüşü koronavirus pandemiayası üzündən qeyri-müəyyən vaxta təxirə salınıb.

Matçların taleyi UEFA-nın yaratdığı İşçi Qrupu assosiasiyanın prezidenti Aleksander Çeferinin başçılığı ilə təşkil olunacaq videokonfransda müzakirə olunacaq. Konfransda mümkün variantlar nəzərdən keçiriləcək.

Qeyd edək ki, Çempionlar Liqasının finalı mayın 30-da İstanbulda (Türkiyə), Avropa Liqasının həlledici matçı mayın 27-də Qdanskda (Polşa), qadınların Çempionlar Liqasındakı görüş mayın 24-də Vyanada (Avstriya) keçirilməli idi.

FACEBOOK ŞƏRH YAZ