• Cəmiyyət • Sosial • Turizm • Gündəm

Heydər Əliyev Beynəlxalq Aeroportunda reyslər ikinci terminaldan həyata keçiriləcək

192
23-03-2020, 18:30

Heydər Əliyev Beynəlxalq Aeroportundan yerinə yetirilən reyslərin sayının azalması ilə əlaqədar 24 mart saat 00:00-dan etibarən bütün reyslər ikinci terminaldan (Terminal 2) həyata keçiriləcək.

BAKU.NEWS xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, koronavirus infeksiyasının (COVİD-19) yayılması ilə mübarizə çərçivəsində “Azərbaycan Hava Yolları”nın bütün struktur bölmələri gücləndirilmiş rejimdə və dövlət strukturları ilə sıx əməkdaşlıqda işləyir.

FACEBOOK ŞƏRH YAZ