• Dünya • Səhiyyə • Texnologiya • Gündəm

ABŞ koronavirusla mübarizə üçün superkompüterlərdən istifadə edəcək

151
23-03-2020, 17:46

Ağ Ev, IBM və ABŞ Enerji Departamenti COVID-19 peyvəndi icad etmək üçün superkompüterlərin hesablama gücündən yararlanmaq üçün bir araya gəliblər.

BAKU.NEWS inforeactor-a istinadən xəbər verir ki, superkompüterlərin birləşdirilmiş sistemi, yəni 16 sistemdən ibarət yüksək effektiv kompüterlər koronavirus infeksiyasına qarşı peyvənd axtarmaq üçün maksimum hesablama mənbələrindən istifadə etməyə imkan verəcək. Belə kompüterlərin hesablama gücü epidemiologiya, bioinformatika və molekulyar modelləşdirmə kimi sahələrdə elmi suallara cavab tapmaq üçün istifadə olunur. Superkompüterlər elmi bir problemin həllini insanın sərf edəcəyi vaxtdan dəfələrlə az müddətdə tapa bilir.

ABŞ prezidenti Donal Tramp bildirib ki, Microsoft, Google, Amazon, Massaçuets Universiteti və NASA da bu layihədə iştirak edir.

FACEBOOK ŞƏRH YAZ