• Səhiyyə • Cəmiyyət • Sosial • Gündəm

BNA yeraltı qarajlarda dezinfeksiya aparıb

116
23-03-2020, 13:23

COVİD-19 virusunun yayılmasının qarşısının alınması məqsədi ilə şəhər nəqliyyatında qabaqlayıcı tədbirlər davam etdirilir. Müntəzəm marşrut xətləri ilə yanaşı, vətəndaşların istifadə etdiyi nəqliyyat infrastrukturlarında da dezinfeksiya işləri aparılır.

BAKU.NEWS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) məlumatında bildirilib.

Qeyd edilib ki, bu çərçivədə "Azadlıq" meydanı, eləcə də Mirzəağa Əliyev və Məhəmməd Füzuli küçələri arasındakı yeraltı avtomobil qarajları da xüsusi dərman məhlulları ilə dezinfeksiya edilib.

BNA yeraltı qarajlarda dezinfeksiya aparıb


FACEBOOK ŞƏRH YAZ