• Dünya • Səhiyyə • Sosial • Turizm • Gündəm

Rusiya beş ölkə ilə hava əlaqəsini məhdudlaşdırır

158
22-03-2020, 16:00

Rusiya yeni növ koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində bir neçə ölkə ilə hava əlaqəsini məhdudlaşdırır.

BAKU.NEWS xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.

Qeyd olunub ki, martın 23-dən Rusiya Türkiyə, Yaponiya, Tailand, Vyetnam və İndoneziya ilə aviaəlaqəni məhdudlaşdıracaq.

Uçuşlar yalnız Moskvadan həyata keçirilə biləcək. Bundan başqa bu ölkələrdən rusiyalıların gətirilməsi üçün çarter reysləri də təşkil olunacaq.

FACEBOOK ŞƏRH YAZ