• İdman • Səhiyyə • Cəmiyyət • Sosial • Gündəm

Beynəlxalq Turan Oyunları Komitəsindən Prezidentin yaratdığı Fonda (KMF) dəstək

328
21-03-2020, 19:23

"Beynəlxalq Turan Oyunları Komitəsi cənab Prezident İlham Əliyevin təşəbbüsünə qoşularaq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürəcək."

Bunları BAKU.NEWS -a açıqlamasında Beynəlxalq Turan Oyunları Komitəsinin Prezidenti və Dünya Alpaqut Federasiyası İdarə Heyətinin üzvü Fərid Əlizadə deyib.

Eləcədə, Fərid Əlizadə qeyd edib ki; "Türk milləti olaraq bizim qədim törələrimizdən biri də dar gündə bir-birimizə dəstək olmaqdır. Mən də Dünya Alpaqut Federasiyası İdarə Heyətinin üzvü və Beynəlxalq Turan Oyunları Komitəsinin Prezidenti kimi Federasiyamızın birinci Vitse Prezidenti, Azərbaycanımızın dəyərli Deputatı xanım Qənirə Paşayevanın təşəbbüsünü alqışlayır və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılmış Koronavirusla Mübarızə Fonduna vəsait keçirtməyə qərar verdim.
Sevincli və acılı günlərdə böyük Türk milləti bir yerdədir.
Tanrı Türk millətini bütün bəlalardan qorusun."

FACEBOOK ŞƏRH YAZ