• İdman • Səhiyyə • Sosial • Gündəm

Azərbaycan Alpaqut Federasiyası Prezidentin çağırışına qoşulan ilk idman federasiyası oldu

21-03-2020, 16:33

Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Ölkəmizdə fəaliyyət göstərən idman federasiyaları arasında ilk bu təşəbbüsə qoşulan Azərbaycan Alpaqut Federasiyası oldu.

Bu məsələ ilə əlaqədər Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev BAKU.NEWS -a açıqlama verərək bunları bildirdi:

"Dünya Alpaqut Federasiyasının birinci vitse-prezidenti, millət vəkili Qənirə xanım Paşayevanın təşəbbüsü ilə bizdə Azərbaycan Alpaqut Federasiyası olaraq Koronavirusla Mübarizəyə Dəstək kampaniyasına qoşulmağı özümüzə vətəndaşlıq borcu bildik. İnanırıq ki, cənab Prezident İlham Əliyevin bildirdiyi kimi, müdrik xalqımız bu sınaqdan da üzüağ çıxacaq.

FACEBOOK ŞƏRH YAZ