• Siyasət • İdman • Səhiyyə • Sosial • Gündəm

Dünya Alpaqut Federasiyası da Prezidentin çağırışına qoşuldu

1 396
21-03-2020, 15:26

Dünya Alpaqut Federasiyası cənab Prezident İlham Əliyevin təşəbbüsünə qoşularaq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürəcək.

Bu sözləri BAKU.NEWS -a açıqlamasında millət vəkili, MM-in Mədəniyyət komitəsinin sədri, Dünya Alpaqut Federasiyasının birinci vitse-prezidenti Qənirə Paşayeva deyib.

Q.Paşayeva bildirib ki, belə bir təşəbbüslə bu gün federasiya qarşısında çıxış edib:

Dünya Alpaqut Federasiyası İdarə Heyətinin sədri Vasif Namazov təklifi yüksək qiymətləndirərək, İdarə Heyəti üzvlərinin hər biri ilə ayrı-ayrılıqda müzakirə apardı və yekdilliklə təşəbbüsə qoşulmaqla bağlı qərar verildi. Eyni zamanda, Azərbaycan Alpaqut Federasiyasının rəhbəri Qüdrət Nuriyev də böyük məmnuniyyətlə bu təşəbbüsə qoşulduğunu bildirdi və AAF -da Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülmək qərarı verdi”.

Q.Paşayeva bildirib ki, əsas məsələ bu məqamda vəsaitin həcmi deyil, milli birlik və həmrəyliyin nümayiş olunmasıdır.

“Bunu milli həmrəylik kampaniyasına çevirmək hədəfimiz olmalıdır və mən fürsətdən istifadə edib, bütün federasiyalarımızı bu çağırışa qoşulmağa səsləyirəm”.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb və ilkin olaraq Prezidentin ehtiyat fondundan 20 milyon manat ayrılıb. Bunun ardınca millət vəkilləri də daxil olmaqla, Azərbaycanın böyük şirkətləri bu təşəbbüsə qoşulublar.

Dünya Alpaqut Federasiyası Turan döyüş sənətini dünyada inkişaf etdirmək məqsədilə yaradılmış rəsmi beynəlxalq idman təşkilatıdır. 2014-cü ildə qurulub.

Mahmud Kaşğarlının “Dinavi-lüğət-it-türk” əsərində “Alpagut” sözü “təkbaşına düşmənə hücum edən və heç bir tərəfdən ələ keçməyən igid” kimi izah olunur.

FACEBOOK ŞƏRH YAZ