• Siyasət • İqtisadiyyat • Maliyyə • Gündəm

Manatın məzənnəsi dəyişməyəcək – PREZİDENTDƏN TAPŞIRIQ

20-03-2020, 09:34

Azərbaycan hökuməti milli valyuta – manatın məzənnəsinin dəstəklənməsi üçün bütün zəruri tədbirlər görməyə hazırdır.

FED.az xəbər verir ki, bu prezident İlham Əliyevin imzaladığı «Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında» Sərəncamdan sonra məlum olub. Həmin sərəncama əsasən, koronavirusun bir neçə sahəyə təsirini qiymətləndirmək və həmin sahələr dəstək üçün təkliflər hazırlamaq məqsədilə 4 İşçi qrup yaradılıb.

Qruplardan biri pandemiya şəraitində Azərbaycanda makroiqtisadi sabitliyin qorunub saxlanması məqsədilə əlavə tədbirlər görülməsinə dair təkliflərin hazırlanması ilə məşğul olacaq. Həmin işçi qrupa Mərkəzi Bankın sədri Elman Rüstəmov rəhbərlik edəcək.

İşçi Qrupa tapşırılıb ki, iki ay müddətində:

- pandemiyanın Azərbaycan Respublikasının bank sektoruna və makroiqtisadi mühitinə ehtimal olunan mənfi təsirlərinin qiymətləndirilməsini həyata keçirsin;

- aşağıdakılarla bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin:

1. Azərbaycan manatının məzənnəsinin və istehlak qiymətlərinin sabitliyinin dəstəklənməsi üçün həyata keçirilməli əlavə tədbirlər;

2. ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması üçün həyata keçirilməli əlavə tədbirlər.

Başqa sözlə, yeni yaradılan işçi qrup və ümumilikdə hökumət manatın məzənnəsinin sabitliyinin dəstəkləqnməsi ilə bağlı təkliflər hazırlayacaq.

FACEBOOK ŞƏRH YAZ