• Cəmiyyət • Köşə • Gündəm

BAKU.NEWS oxucularını Novruz bayramı münasibətilə təbrik edir

414
19-03-2020, 22:56

Novruz bahar gecə-gündüz bərabərliyi bayramı və türkdilli və farsdilli xalqlarda yeni ilin başlanğıcıdır. Novruz təbiətin oyanması və yeni həyatın başlanğıcıdır.

"Novruz" sözü fars dilindən tərcümədə “yeni gün” deməkdir. Onun yazılışı və ifadəsi müxtəlif ölkələrdə fərqli ola bilər: Novruz, Navruz, Nuruz, Nevruz, Naurız, Nooruz və s.

2009-cu ilin sentyabrında Novruz YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 2010-cu il fevralın sonunda isə BMT Baş Assambleyasının 64-cü sessiyasında 21 mart Beynəlxalq Novruz Günü elan edilib.

BAKU.NEWS-un redaksiyası bütün oxucularını və həmvətənlərini Novruz bayramı münasibətilə təbrik edir.

Sizlərə və yaxınlarınıza bayram əhval-ruhiyyəsi, cansağlığı, xoşbəxtlik, müvəffəqiyyət arzulayırıq! Qoy, evlərinizdə hər zaman sülh və firavanlıq hökm sürsün!

Arzu edirik ki, işğal olunmuş ərazilərimiz azad edilsin, ölkəmizin ərazi bütövlüyü bərpa olunsun!

FACEBOOK ŞƏRH YAZ