• Təhsil • Gündəm

Rektor tələbələrə pul verdi

165
18-03-2020, 10:11

Novruz bayramı xalqımızın sevimli bayramıdır.Əsrlər boyu Azərbaycan xalqı Novruz bayramını qeyd edir. Novruz bayramı mənşəyini uzaq keçmişin ən dərin qatlarından alıb Azərbaycan xalqının mənəviyyat aləminin zənginliyini günümüzədək layiqincə yaşadır.

Odlar diyarını sivilizasiyaların qovuşuğundakı qədim mərkəz olaraq tanıdıb şöhrətləndirmiş mədəni sərvətlər xəzinəmizdə Novruz mərasimləri müstəsnə mövqeyə malikdir. Novruz bayramı tarixi-mədəni irsə bağlılığımızın ifadəsinə çevrilmişdir. Özündə insanlara xas ali dəyərləri cəmləşdirilmiş bu bayramın UNESKO tərəfindən ümumbəşəri irsin şah əsərləri sırasına daxil edilməsi hər birimiz üçün iftixar mənbəyidir.

Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov universitetin bütün əməkdaşlarını qarşıdan gələn bahar təravətli Novruz bayramı münasibətilə təbrik etdi, onlara bol ruzi-bərəkət, əmin-amanlıq və yeni-yeni nailiyyətlər arzuladı, bayram hədiyyəsi olaraq pul mükafatı ilə sevindirdi.
Qeyd edək ki, SDU-nun rektoru professor Elxan Hüseynovun imzaladığı əmrə əsasən işçilərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə hər il Yeni il öncəsi, Novruz, Ramazan, Qurban bayramları ərəfəsində universitetin bütün əməkdaşlarına maddi yardımlar olunur. Bu da kollektiv tərəfindən böyük rəğbətlə qarşılanır.

FACEBOOK ŞƏRH YAZ