• İdman • Gündəm

Koronavirusa yoluxan məşhur idmançılar - ADLAR

313
16-03-2020, 18:02

Bütün dünyaya təsir edən koronavirus pandemiyası idman ictimaiyyətindən də yan keçməyib. Rəsmi açıqlamalardan sonra klublar karantin qaydalarının tətbiq olunduğunu elan ediblər.

Maraqlıdır, kornavirusa yoluxan dünyaca məşhur idmançılar kimlərdir?

Modern.az virus daşıyıcısı olan idman aləminin nümayəndələrini təqdim edir:

Valensiya futbol klubu oyunçularda və texniki qrupdan 5 nəfərin koronavirus testlərinin müsbət olduğunu açıqlayıb. Həmin futbolçular bunlardır: Garay, Mangala, Gaya Camarasa və Aliaqa.

İtaliyanın ən gənc futbol klublarından hesab olunan Sampdoriya futbol klubunda isə 7 nəfər futbolçuda xəstəlik aşkarlanıb. Belə ki, komandanın oyunçularından Albin Ekdal, Ömər Kolley, Fabio Depaoli, Morten Thorsby, Antonino La Gumina, Bartosz.

Bereszynski və Manolo Gabbiadini koronavirus daşıyıcılarıdır.

İtaliyanın daha bir futbol klubu Fiorentina-nın da heyətindən iki nəfər pandemiyaya yoluxub. Belə ki, komandanın hər iki gənc oyunçusu Patrick Cutrone və German Pezzella xəstəliyə yoluxanlar arasındadır.

Serbiya Futbol Federasiyasının və İsveçrə Futbol Federasiyasının 70 yaşlı prezidenti Dominique Blanc koronavirus daşıyıcısıdır.

İspaniyanın futbol klubu “Leqanes”in baş direktoru Martin Orteq də koronavirusa yoluxub.

Dünyanın tanınmış futbol klubu olan Çelsi-dən də virus yan keçməyib. Belə ki, İngiltərə klubunun gənc oyunçusu Callum Hudson 1həftə bundan əvvəl koronavirusa yoluxub. Hazırda futbolçunun vəziyyətinin yaşı olduğu və sərbəst buraxılacağı bildirilir.

İngiltərənin “Arsenal” klubunun yeni baş məşqçisi Mikel Arteta da virus daşıyıcısıdır.

İtaliya futbol klubun oyunçusu Daniel Ruganinin də koronavirus test nəticələri müsbət çıxıb. Artıq bir həftəyə yaxındır ki, futbolçu karantin altındadır.

Real Madrid klubunun basketbol üzrə yığmasının oyunçusus Trey Thomkins də koronavirusa yoluxub. 29 yaşlı futbolçunun komanda yoldaşları da nəzarət altına alınıb.

FACEBOOK ŞƏRH YAZ