• Maliyyə • Gündəm

Azərbaycanda bankların vəziyyətinə aydınlıq gətirilib

210
16-03-2020, 11:12

İqtisadiyyat və manat üzərində ciddi bir dəyişiklik olmadığı müddətcə Azərbaycanda bankların vəziyyəti mənfiyə doğru dəyişməyəcək.

Bu sözləri “MediaPost”a iqtisadçı ekspert Cəfər İbrahimli bildirib.

Ekspertin sözlərinə görə, hazırda Azərbaycanda bankların vəziyyəti pis deyil. Xarici valyutada da kreditləri çox deyil: "Ümumilikdə banklar son dönəmlərdə ciddi kreditləşmə edə bilməyiblər. Axırıncı dəfə hökumətin dollar kreditlərinə verdiyi dəstək və dollar kreditlərinin bağlanması, problemli krediti olan bankların kapitallarını bərpa etməsinə səbəb olub. Dolayısı ilə indiki durumda bankların problemlərinin həll olunması, bir növ onu xatırladır ki, sanki təzə qurulmuş təşkilatsan və pulun var, hamısı da kassadadır. Heç kimə borc vermirsən, heç bir öhdəliyin yoxdur, heç bir riskin yoxdur. İndi bankların əllərində kifayət qədər likvidlik var. Hazırda Azərbaycanda banklar üçün ciddi bir sıxıntı yoxdur. Düzdür, bəzi banklar özlərini tam bərpa etməyiblər. Amma bunlar xırda banklardır”.

FACEBOOK ŞƏRH YAZ