• Maliyyə • Gündəm

AFB Bankın Müşahidə Şurasında yeni təyinat

168
12-03-2020, 15:43

Ölkənin aparıcı banklarından olan “AFB Bank”-dayeni təyinat olub.

Viladi Maniyev Bankın Müşahidə Şurasının üzvü vəzifəsinə təyin edilib. O, 25 Fevral 2020-ci il tarixindən etibarən vəzifəsinin icrasına başlayıb.

Viladi Maniyev maliyyə sektorunda 20 ildən çox təcrübəyə malikdir. O, “Qala Sığorta” ASC, “Caspian Insurance Company” kimi şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. 2016-ci ildən bu günə kimi əsas iş yeri olaraq “AZSIĞORTA” ASC-də Direktorlar Şurasının Sədri vəzifəsini icra edir.
Viladi Maniyev 1977-ci ildə Azərbaycan Dövlət Universitetində “Fizika” ixtisası üzrə bakalavr pilləsində təhsil almışdır.

Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

FACEBOOK ŞƏRH YAZ