• Maliyyə • Gündəm

Mərkəzi Bankdan manatın məzənnəsi ilə bağlı AÇIQLAMA

419
11-03-2020, 13:38

Bu gün, hələ ki, strateji valyuta ehtiyatlarından istifadə haqqında düşünmürük.

BAKU.NEWS xəbər verir ki, bu sözləri jurnalistlərə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov neftin qiymətinin kəskin azalmasının manatın məzənnəsinə təsiri ilə bağlı açıqlamasında deyib.

“Ölkənin kifayət qədər valyuta ehtiyatı var. Dövlət Neft Fondunun transfertləri dəyişmir. Mərkəzi Bankın öz ehtiyatları, Maliyyə Nazirliyinin əhəmiyyətli ehtiyatları mövcuddur. Biz bütün ehtiyatlardan tam istifadə edəcəyik. Güman edirəm ki, problem biz gözlədiyimizdən daha tez başa çatacaq. Lakin bizim strateji valyuta ehtiyatlarımızın olduğunu da unutmaq lazım deyil”, - deyə Mərkəzi Bankın sədri bildirib.

FACEBOOK ŞƏRH YAZ