• Cəmiyyət • Şou-biznes • Gündəm

Çılpaq model naməhrəm yerlərini “Bakı Xəbər” qəzeti ilə örtdü - FOTO

203
7-03-2020, 11:45

Əsma Nur adlı modelin çılpaq bədənini “Bakı Xəbər” qəzeti ilə örtməsi və bunu lentə alıb sosial şəbəkələrdə ictimailəşdirməsi birmənalı qarşılanmayıb.

Modern.az-ın məlumatına görə, sosial şəbəkələrdə bu hadisəyə görə qəzet rəhbərliyini qınayanlarla yanaşı, belə reklam metoduna əl atdığına görə alqışlayanlar da olub.

“Bakı Xəbər”in baş redaktor müavini Samirə Səfərova modelin qəzetə bürünərək şəkil çəkdirməsinə münasibət bildirib.

O deyib ki, məsələdən onların xəbəri yoxdur:

“Srağagün Əsma Nur xanımın İnstaqram səhifısində bu reklam verilmişdi. Bu gün “Facebook”da “Manat” səhifəsi verib. Bizim “Bakı Xəbər” media qrupunun izləyiciləri arasında ən müxtəlif əhali kateqoriyalarının təmsilçiləri olduğunu bilirik və bununla qürur duyuruq. “Bakı Xəbər” hər kateqoriyadan olan insanların zövqünü oxşamaq potensialına malikdir. Sıradan insanların da, alimin də, ziyalının da, məmurun da, biznes adamlarının da, ilahi bəxşi olan özünün bəzi görkəm cizgilərini insanlara göstərməkdən zövq alanların da tələbatını ödəmək gücünə malikdir “Bakı Xəbər”. Biz qürur duyur və könüllü reklamımıza öz bacarıqları sayəsində bu cür kreativ töhfə vermək istəyən xanım izləyicimizə təşəkkür edirik”.

FACEBOOK ŞƏRH YAZ