Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.NEWS-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralda 28-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 28-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq yarada bilər.
• Gündəm
• Hava
Sabahın hava proqnozu

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Daha iki güləşçimiz finala vəsiqə qazandı
-
Yerevanda müxalifət yenidən parlamentin qarşısına qayıtdı - VİDEO
-
İngiltərədə Dünya Müharibəsindən qalan bomba tapıldı, 2600 ev təxliyyə edildi
-
Zərif ABŞ-ın Suriyaya zərbələrini qınadı
-
Saatlı sakini ehtiyatsızlıqdan özünü güllələyib
-
Paşinyan Baş Qərargah rəisinin istefa tələbini yenidən prezidentə göndərəcək
-
XİN-dən Ermənistana - XƏBƏRDARLIQ
-
Sarkisyan Paşinyanın qərarını rədd etdi
-
ABŞ Səudiyyə Ərəbistanı ilə silah müqavilələrinin ləğvinə hazırlaşır
-
Yoluxanların və ölənlərin sayı artdı
-
Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaların anonsunu verdi
-
Notariatda bu halda rüsum tutulmayacaq