• Dünya • Cəmiyyət • Gündəm

Koronavirusa görə - PUL MÜKAFATI

456
27-02-2020, 12:45

Çinin Hubey əyalətinin bir milyon əhalisi olan Syantszyan şəhərində koronavirusa yoluxduğu barədə məlumat verən şəxsə 1 400 ABŞ dolları mükafat veriləcək.

Syantszyan şəhərində 194 nəfərdə koronavirus infeksiyası qeydə alınıb. Bununla əlaqədar şəhər rəhbərliyi virusun qarşısını almaq üçün pul mükafatı kimi müxtəlif metodlara əl atır.

Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 807 nəfərdir. Virus daşıyıcılarının sayı isə 82 221-dən çoxdur. (Report)

FACEBOOK ŞƏRH YAZ