• Kriminal • Gündəm • Bölgə

Salyanda kişi keçmiş arvadını qətlə yetirdi, sonra evi yandırdı

716
27-02-2020, 10:04

Salyanda dəhşətli qətl hadisəsi baş verib.

Hadisə bu gün səhər tezdən Salyan şəhəri, Əliağa Kürçaylı küçəsində qeydə alınıb. Belə ki, Salyan şəhər sakini, 1962-ci il təvəllüdlü Hüseynov Ələkbər Fərhad oğlu keçmiş arvadı, 1970-ci iltəvəllüdlü Hüseynova Nübubət Əlifağa qızıgilə gəlib.

İlkin məlumata görə, darvaza bağlı olduğundan hasardan həyətə düşüb. O, həyətə girən zaman oğlu Fərhad Hüseynov evdə, keçmiş arvadı isə hamamın qarşısında olub. Ələkbər Hüseynov arvadını hamamın qarşısında qətlə yetirib. Əvvəlcə həyətdəki “Jiquli” markalı avtomobili yandıran Ələkbər Hüseynov fərdi yaşayış evinə od vuraraq hadisə yerindən uzaqlaşıb. Könüllü olaraq şöbəyə gələn Ələkbər Hüseynov polisə təslim olub.

Qeyd edək ki, ər-arvad bir il bundan öncə rəsmi olaraq boşanıb. Hadisəyə mülk bölgüsünün səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (Report)

FACEBOOK ŞƏRH YAZ