• Kriminal • Gündəm

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: arvadını, qaynını, qayınanasını güllələdi

215
26-02-2020, 17:41

Masallıda güllələnmə hadisəsi baş verib.

Hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini, 32 yaşlı Sarvan Azərxan oğlu Ağayev ov tüfəngi ilə həyat yoldaşı - 21 yaşlı Alimə Əli qızı Nəbiyevaya, qaynı - 25 yaşlı Miralim Əli oğlu Nəbiyevə və qayınanasına silahdan atəş açıb. O, daha sonra silahla özünə xəsarət yetirib. Nəticədə həyat yoldaşı və qaynı aldıqları xəsarətdən hadisə yerində ölüblər. Ər özü və qayınanası Zemfira Ələsgər qızı Nəbiyeva isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Hadisə ailə münaqişəsi zəminində baş verib.

Polis və prokurorluq əməkdaşları daxil olan məlumat əsasında hadisə yerinə baxış keçirib və müvafiq araşdırmalara başlanılıb.

Faktla bağlı Masallı rayon Prokurorluğunda cinayət işi başlanıb, təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qətllə bağlı bəzi təfərrüatlar məlum olub. Sarvan Ağayevlə güllələdiyi həyat yoldaşı arasında onlar hələ evlənməmişdən əvvəl xoşagəlməz hadisə baş verib. Bu səbəbdən də Sarvan həmin əməlinə görə 5 il azadlıqdan mərhum edilib.

Ailədə ciddi narazılıq olduğu üçün yaxınlarda məhkəmə qaydasında boşanıblar. Sarvanla Aliməgil qonşu olublar. Qız evi Sarvangildən cehizləri aparmağa gələndə ciddi söz-söhbət yaranıb və bundan sonra Sarvan onlara atəş açıb. (Lent.az)

FACEBOOK ŞƏRH YAZ