• Siyasət • Gündəm

Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görüldü - FOTO

567
22-02-2020, 22:19

Fevralın 22-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına (Dama di Gran Croce dell’ordine Piano) layiq görülüb.

BAKU.NEWS xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

Ordeni Mehriban xanım Əliyevaya Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin təqdim edib.

Qeyd edək ki, IX Piy ordeni 1847-ci ildə təsis edilib. Bu ordenlə kilsə və cəmiyyət qarşısında xidmətlərə görə təltif olunurlar. Böyük Xaç – dövlət başçılarına və yüksəkvəzifəli dövlət xadimlərinə təqdim olunan xüsusi dərəcədir.

İtaliya Respublikasının hazırkı Prezidenti Sercio Mattarella, İtaliya dövlətinin bir sıra sabiq rəhbərləri, o cümlədən Corcio Napolitano, həmçinin tac qoyulmuş şəxslər – İsveç kralı XVI Qustav, Lüksemburqun Böyük Hersoqu Anri, İspaniya Kralı Xuan Karlos və Belçika Kralı II Albert bu ordenə layiq görülənlər sırasındadır.

Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görüldü - FOTO



FACEBOOK ŞƏRH YAZ