• Qarabağ • Gündəm • Hərbi

Azərbaycan-Ermənistan sərhədində meyiti tapılan hərbçi dəfn edilib

206
22-02-2020, 14:37

Azərbaycan-Ermənistan sərhədində meyiti tapılan hərbçi dəfn edilib.

BAKU.NEWS-un məlumatına görə, Akif Elşən oğlu Abbasov Ağcabədi rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Ordusunun hərbçisi Akif Elşən oğlu Abbasov itkin düşüb. İtkin düşən hərbçinin meyiti bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində neytral ərazidə tapılıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbçinin meyiti neytral ərazidən götürülüb.

FACEBOOK ŞƏRH YAZ