• Hadisə • Gündəm

Azərbaycanda ananın meyiti su quyusunda, körpəninki evdə tapıldı

303
22-02-2020, 13:58

Kürdəmir rayonunda 1977-ci il təvəllüdlü Leyla Cavanşir qızı Qəmbərova və onun yaş yarımlıq övladı Hilal Orxan oğlu Qəmbərov səhər saatlarında ölü tapılıb.

Körpənin meyiti Şüşün kəndində evdə, ananın nəşi isə həyətdəki su quyusunda aşkarlanıb.

Kürdəmir Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları hadisə yerinə cəlb olunub. Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Meyitlər müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır. (Report)

FACEBOOK ŞƏRH YAZ