• Gündəm • Hava

Üç gün ərzində hava necə olacaq? - AÇIQLAMA

178
22-02-2020, 12:34

Fevralın 24-də ölkə ərazisində cənub-qərb küləyinin güclənməsi müşahidə olunacaq.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitində mühüm dəyişiklik gözlənilmir:

“Fevralın 22-si, 23-ü və 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı gözlənilir. Gecə və səhər saatlarında duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.

Fevralın 24-də respublika ərazisində arabir cənub-qərb küləyinin güclənməsi müşahidə olunacaq. Havanın temperaturu gecə saatlarında 4-7 dərəcə, günorta saatlarında isə 9-11 dərəcə arasında dəyişəcək”.

G.Məmmədova qeyd edib ki, bölgələrdə də üç gün ərzində yağmursuz hava şəraiti müşahidə olunacaq:

“Lakin gecə və səhər bəzi şərq rayonlarında çiskin olacaq. Havanın temperaturu bölgələrdə günorta saatlarında 12-17, dağlıq ərazilərdə isə 6-11 dərəcə isti təşkil edəcəyi gözlənilir”.

FACEBOOK ŞƏRH YAZ