• Texnologiya • Gündəm

Koronavirusla bağlı mobil oyun istifadəyə verildi

206
21-02-2020, 13:19

“Wechat” messencerində koronavirusla bağlı "Pangeon Döyüşü" adlı oyun ortaya çıxıb.

Oyunun işlənilib hazırlanması ilə Çin Kommunist Partiyasının və Pekin hökumətinin rəsmi sərəncamı ilə "Ohayoo" studiyası məşğul olub.

Oyun yaxşı tanınan "Fruit Ninja"ya bənzəyir. Barmaq hərəkətlərindən yararlanmaqla, mobil cihazın ekranındakı əşyaları məhv etmək olar. Oyundakılar isə meyvə deyil, müxtəlif xəstəliklərin, o cümlədən, koronavirusun animasiyalarıdır.

Bildirilir ki, müəlliflər oyuna bir neçə təhsil elementi əlavə etməyə çalışıblar. Məsələn, səhv olacağı təqdirdə, temperatur yüksələcək və tibbi maska oyunçunun qorunmasını təmin edəcək.

FACEBOOK ŞƏRH YAZ