• Maliyyə • Gündəm

«PASHA Holding»in bankı - AMERİKANLARA SATILDI

293
20-02-2020, 09:20

Azərbaycanın ən böyük biznes qruplarından olan «PASHA Holding»in bankı satılıb.

Söhbət Holdinqin Monteneqroda aldığı bankdan - «Nova Banka» AD Podgorica-dan gedir.

Monteneqronun kommersiya sebyektlərinin mərkəzi reyetsrində «Nova Banka» AD Podgorica ilə bağlı məlumatlara dəyişiklik edilib. Dəyişikliyə əsasən, bankıçn səhmlərinin 100%-ni mülkiyyət hüququ «Azmont Investments» şirkətindən «Adriatic Capital LLC» şirkətinə keçib.
Qeyd edək ki, tərəflər bankın alqı-satqısı barədə hələ 2019-cu ildə elan etmişdilər. Bu ilin 15 yanvarında isə bank öz müştərilərinə xəbər verib ki, ümumi məbləği 7,1 milyon dollar olan əqd bağlanıb və bank yeni mülkiyyətçinin sərəncamına keçib. (Fed.az)

FACEBOOK ŞƏRH YAZ