• Siyasət • Gündəm

Prezident Hacıqabula 4,9 milyon ayırdı

222
17-02-2020, 18:08

Prezident İlham Əliyev "Hacıqabul rayonunun Hacıqabul–Muğan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

BAKU.NEWS xəbər verir ki, sərəncamla otuz iki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Hacıqabul–Muğan avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

FACEBOOK ŞƏRH YAZ