• Maliyyə • Gündəm

"TBC Bank" Azərbaycan bazarına - DAXİL OLA BİLƏR

200
17-02-2020, 17:52

Gürcüstanın "TBC Bank"ı Azərbaycanın bank bazarına daxil ola bilər.

Bunu bankın baş icraçı direktoru Vaxtanq Butsxiridze 2019-cu ilin nəticələri ilə bağlı media nümayəndələri və ekspertlərin iştirakı ilə keçirdiyi brifinqdə deyib.

O bildirib ki, "TBC Bank" gələcəkdə həm Azərbaycan, həm də Özbəkistan bank bazarlarlarına daxil olmağı planlaşdırır.

Qeyd edək ki, "TBC Bank" ötən ilin göstəricilərinə görə Gürcüstanın ümumi bank bazarının depozit portfelinin 39,3%-ni, kredit portfelinin isə 38,7%-ni təşkil edir.

Xatırladaq ki, hazırda Azərbaycanda xarici kapitallı 14 bank (nizamnamə kapitalının 50%-dən 100%-ə qədərini təşkil edən 7 bank, nizamnamə kapitalının 50%-dən az olan hissəsini təşkil edən 7 bank, xarici bankların filialları 2 bank) fəaliyyət göstərir. (APA)

FACEBOOK ŞƏRH YAZ