• Maliyyə • Gündəm

“AtaBank”ın bir neçə rəhbər işçisi vəzifəsindən azad edildi

355
17-02-2020, 14:49

“AtaBank” ASC-nin İdarə Heyəti sədri Dəyanət Quliyevin vəzifəsindən azad edildiyi bildirilir.

Digər bir məlumata görə, Audit Komitəsinin sədri Dadaşov Miryaqub Mirdadaş oğlu və üzvi olan Səfərov Elvin Tahir oğlu da vəzifəsifələrini tərk ediblər. Bundan öncə “AtaBank” sədrinin müavini vəzifəsində çalışan Hüseynov Rauf Qəhrəman oğlu dövlət kapitallı səhmdar cəmiyyətə transfer olub. Quliyev 2016-cı ilin iyun ayında səhmdarların qərarı ilə İdarə Heyətinin sədri təyin edilmişdi. Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov "AtaBank"da ciddi problemlər olduğunu və bunun səbəbinin bankın rəhbərliyi tərəfindən çox riskli bir neçə iri layihəyə kredit ayırması olduğunu qeyd etmişdi.

"AtaBank" barədə qərar tezliklə Maliyyə Sabitliyi Şurasında veriləcək. Adını açıqlamasını istəməyən mənbə Dəyanət Quliyevin vəzifəsini tərk etdiyini Marja-ya təsdiqləyib.

Digər məlumata görə, Mərkəzi Bankın əməkdaşları "AtaBank"da çalışırlar. Bankın ləğv olunmaması üçün bütün variantlar qiymətləndirilir. (Marja)

FACEBOOK ŞƏRH YAZ