Dubay polisi Yaxın Şərq və Şimali Afrika regionunda ilk dəfə 5G texnologiyalı polis patrul avtomobilini təqdim edib.
Avtomobildə 5G texnoloji qurğusunu Birləşmiş Ərəb Əmirliklərinin “Etisalat” mobil operatoru quraşdırıb.
Təqdimat mərasimində qeyd olunub ki, “ağıllı” polis patrul avtomobili süni intellekt texnologiyası ilə təchiz edilib və 5G şəbəkəsi vasitəsilə kameraları birbaşa nəzarət-komanda məntəqəsinə qoşulub. Dubay polisinin Süni İntellekt Departamentinin rəisi Xalid Nasser əl-Razuqi bildirib ki, yeni texnologiya sayəsində şəhərdə təhlükəsizliyi daha etibarlı təmin etmək mümkün olacaq.
Dubay Əmirliyində 5G texnologiyasının tətbiqi istiqamətində mühüm tədbirlər görülür. Bu məqsədlə dövlət orqanları, o cümlədən polis təşkilatının özəl şirkətlərlə əməkdaşlığı daha da genişləndirilib. “Etisalat” şirkətinin vitse-prezidenti Abdullah İbrahim Əl Əhməd qeyd edib ki, onun təmsil etdiyi mobil operator Əmirliyin təhlükəsizlik sektoruna töhfə verməsindən çox məmnundur. O, Dubayda yeni texnologiya əsasında üztanıma şəbəkəsinin daha da inkişaf etdiriləcəyini əlavə edib.
• Dünya
• Texnologiya
• Gündəm
5G texnologiyalı ilk polis patrul avtomobili təqdim edildi

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Dünyaca məşhur fotoqrafdan Bülbülün Şuşadakı evi ilə bağlı paylaşım - FOTOLAR
-
“Beşiktaş” və “Qalatasaray” qələbə qazanıb
-
İran xarici işlәr naziri Bakıya gəlib
-
34 manatlıq hesaba 2 300 bəxşiş verdi - FOTO
-
Türkiyədə “İlin ən yaxşı aktrisa”sı seçildi
-
Millimizə Fransadan futbolçu çağırıldı
-
Türkiyə gəmisində quldurlar tərəfindən öldürülən həmyerlimiz üçün Siyəzəndə yas mərasimi qurulub - VİDEO
-
Türkiyədə bu gün koronavirusdan 140 nəfər ölüb
-
Dünyanın ən təhlükəli narkobaronlarından biri tutuldu - İllik dövriyyəsi 70 milyard
-
Bakıda beş avtomobil toqquşub - FOTOLAR
-
Özil rəsmən “Fənərbaxça”da
-
Bayden və Rusiya arasında ilk qarşıdurma