• İqtisadiyyat • Gündəm

“Baku Steel Company” istehsalını dayandırdı – İDDİA

403
15-02-2020, 17:31

Azərbaycanın ən iri poladəritmə istehlakçısı olan “Baku Steel Company” zavodunda istehsal dayandırdığı bildirilir.

Məlumata görə, Rasim Məmmədovun rəhbərlik etdiyi zavodda 4 gündür ki, istehsal prosesi dayandırılıb. Bu barədə məlumatı Unikal.org yayır.

Qeyd edilib ki, bir müddət öncə R. Məmmədov Azərbaycandan milyardlarla dollar vəsaitini çıxardaraq Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində və Qazaxıstanda yeni zavodlar açıb. Ona bu işlərdə türk ortağı kömək edib.

Xatırladaq ki, “Baku Steel Company” poladəritmə zavodu 2001-ci ildən eyni adla müxtəlif çeşidli məhsullar istehsal edir.

Ötən il “Baku Steel Company”nin ixracı 2 dəfə azalıb. 2018-ci ildə 57,2 milyon manat təşkil etmiş şirkətin ixracı 2019-cu ildə 28 milyon manata düşüb. (Index.az)

FACEBOOK ŞƏRH YAZ