• Gündəm • Hərbi

Müdafiə naziri NATO-nun toplantısında

207
14-02-2020, 09:01

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 13-də Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin Müdafiə nazirləri səviyyəsində təşkil edilən toplantıda iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.NEWS-a bildiriblər ki, görüşdə Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə edilən son nailiyyətlər, missiyanın gələcəyi və digər məsələlər müzakirə olunub.

FACEBOOK ŞƏRH YAZ