• Cəmiyyət • Gündəm

Mətbuat katibi vəzifədən getdi

210
12-02-2020, 13:29

Tanınmış jurnalist Pərvanə İbrahimova Bakı Dövlət Universitetində Mətbuat-informasiya şöbəsinin müdiri vəzifəsindən ayrılıb.

BAKU.NEWS xəbər verir ki, bu barədə məlumatı özü sosial şəbəkədə paylaşıb.

Pərvanə İbrahimov qeyd edib ki, artıq pedaqoji fəaliyyətlə məşğul olacaq:

"Məni tanıyanlar, fəaliyyətimizlə yaxından-uzaqdan tanış olanlar bilirlər ki, bu şöbə üçün iş saatının bitməsi yox, işin bitməsi önəmli oldu! Bir gün olsun belə işdən yayınmadım, verilən tapşırıqlara vicdan və şərəflə yanaşdım, hətta 20 ilin məzuniyyətlər dönəmində də işlərin çoxluğu səbəbindən əsasən iş başında oldum. Amma nə baş verdi? Baş verən o oldu ki, 20 ilin tamamında gedəsi oldum! Ötən bu illər ərzində Universitetin əsas saytı daxil olmaqla, fakültə, struktur və şöbələrin saytına nəzarət, bəzən gündəlik tədbirlərdə iştirak, xəbərlərin hazırlanması, yayımı və arxivləşdirilməsi, sosial media üzərindən PR işi, sorğulara cavab və Universitetin yubileyləri ilə bağlı olan 13 kitabın hazırlanması işində bəzən gecəyarıyadək iştirak və.s və.i!
Boşuna getmədi. Dəfələrlə Universitet rəhbərliyi tərəfindən qiymətləndirildim, əziz jurnalist həmkarlarımdan daim dəstək gördüm, müxtəlif kütləvi informasiya vasitələrinin, jurnalist təşkilatlarının, "Azərbaycan Universitetləri" facebook səhifəsinin keçirdiyi sorğularda bir neçə dəfə qalib oldum! “İlin ən fəal mətbuat katibi”, “İlin ən fəal şöbə müdiri” adına layiq görüldüm. Təhsil Nazirliyi, Mətbuat Şurası, Bakı Dövlət Universitetinin Diplom və Fəxri Fərmanları ilə təltif edildim, 100 illik yubileyimiz münasibətilə yubiley medalına layiq görüldüm".

FACEBOOK ŞƏRH YAZ