• Dünya • Hadisə • Gündəm

Çində koronavirusa yoluxanların sayI 42 min 600 nəfərə çatıb

364
12-02-2020, 08:18

Çində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların ümumi sayı artaraq 42 min 600 nəfərə çatıb.


BAKU.NEWS RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilir ki, yeni penvmaniyadan ölənlərin sayı 1113 nəfərə çatıb.

Virusa yoluxanlardan 4 min 740 nəfəri sağalaraq xəstəxsanalardan evə buraxılıb.

Xəstələrdən 8 min 204 nəfərinin vəziyyəti ağırdır.

FACEBOOK ŞƏRH YAZ