• Hadisə • Gündəm

Bakıda avtomobil gənc qızı vurub

309
28-01-2020, 14:21

Bakıda gənc qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Səbail rayonunda qeydə alınıb.

Bayıl qəsəbəsində 1998-ci il təvəllüdlü Salayeva Şəms Ağanəzər qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı hadisəni törədən sürücünün köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona çanağın və ətrafların sınığı diaqnozları qoyulub. (report)

FACEBOOK ŞƏRH YAZ