• Mədəniyyət • Gündəm

Publisist Xeyrəddin Qocanın 70 illiyi qeyd ediləcək

1 008
28-01-2020, 12:37

Yanvarın 29-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində nasir, publisist, Prezident təqaüdçüsü Xeyrəddin Qocanın 70 illiyinə həsr edilmiş musiqili-bədii gecə keçiriləcək.


Yubilyarın yaradıcılığına həsr olunan gecədə yazıçı-satirikin ərsəyə gətirdiyi tamaşalardan qısa səhnələr nümayiş olunacaq, bir-birindən maraqlı dadlı-duzlu söhbətlər və rəngarəng musiqi parçaları təqdim ediləcək.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü X.Qoca 1995-ci ildə 1-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 1997-ci ilin dekabrından 2003-cü ilin mart ayına qədər Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsində işləyib. Yazıçı 2017-ci ildə 3 dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

FACEBOOK ŞƏRH YAZ