• İdman • Gündəm

MOK-un marketinq idarəsinin rəisi İranda səfərdə olub

1 441
27-01-2020, 17:23

8 - 11 yanvar 2020-ci il tarixlərində Tehran şəhərində İran İslam Respublikasının Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə regional “İdman biznesi və marketinq” mövzusunda regional seminar təşkil etmişdir. Seminarda Azərbaycan Respublikası Milli Olimpiya Komitəsindən marketinq idarəsinin rəisi Mehman Kərimov iştirak etmişdir.

Mehman Kərimov Azərbaycan MOK-un 2016-cı ildən həyata keçirdiyi sosial media marketinq (SMM) fəaliyyətini uğurlu biznes modeli kimi seminarda təqdim etmişdir. Təqdimat seminar iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanmış və Azərbaycan MOK-un müvafiq sahədə təcrübəsinə dair maraqlı müzakirələrlə davam etmişdir.

Seminarda iştirakı ilə yanaşı Mehman Kərimov İran İslam Respublikasının Milli Olimpiya Komitəsinin Baş KatibiKeykavousSaeidiilə görüşüb müvafiq sahələrdə komitələr arası əməkdaşlıq imkanlarını müzakirə etmişdir.

FACEBOOK ŞƏRH YAZ