• Cəmiyyət • Gündəm

Ötən il Azərbaycanda yol qəzalarında 821 nəfər ölüb

325
22-01-2020, 09:16

Ötən il respublika ərazisində 1870 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 821 nəfər ölüb, 1702 nəfər xəsarət alıb.


BAKU.NEWS-un xəbərinə görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov əməliyyat müşavirəsində deyib.

Rəisin sözlərinə görə, bu da 2018-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayının 53 fakt, onların nəticəsində ölənlərin sayının 99 nəfər artması, xəsarət alanların sayının isə 9 nəfər azalması deməkdir.

Qeydə alınan ümumi hadisələrin 43,6 faizi piyadaların vurulması ilə bağlı olub ki, nəticədə 329 nəfər ölüb, 527 nəfər xəsarət alıb.

FACEBOOK ŞƏRH YAZ