• Cəmiyyət • Kriminal • Gündəm

Bakıda mağazadan oğurluq kameraya düşdü - ANBAAN VİDEO

237
21-01-2020, 19:54

Bakıda mağazadan oğurluq edən şəxslər təhlükəsizlik kamerasına düşüb.

Oxu.Az xəbər verir ki, Xətai rayonunda qeydə alınan hadisənin görüntülərini mağaza sahibi İlham Həsənov redaksiyamıza göndərib.

Həzi Aslanov qəsəbəsində yerləşən ərzaq mağazasından iki nəfər oğurluq edib.

Mağazanın sahibi bildirib ki, biri satıcının başını qatıb, digəri isə spirtli içkini götürüb və paltosunun yaxasında gizlədib.

İ.Həsənovun sözlərinə görə, həmin şəxslər əvvəllər də bir neçə dəfə onun mağazasından oğurluq edib.

O, faktla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

Mağaza sahibinin görüntüləri təqdim etməkdə məqsədi onların digər oğurluqlarının qarşısını almaqdır.

FACEBOOK ŞƏRH YAZ