• Mədəniyyət • Köşə • Gündəm

Xalq Artisti Xuraman Qasımova: "SUSA BİLMƏRƏM"

12 797
27-01-2020, 10:40

Lev Nikolayeviç Tolstoyun sözləri ilə desək SUSA BİLMƏRƏM

Azərbaycanın Xalq Artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" və "Şərəf" ordenli, bir çox beynəlxalq müsabiqələr laureatı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) "Solo Oxuma və Opera hazırlığı" kafedrasının müdiri, professor Xuraman Qasımova son günlər mətbuatda və sosial şəbəkədə yazılan məlumatlara dair bəzi açıqlamalar verib

Xuraman Qasımovanın çox məşğul olmağına baxmayaraq BAKU.NEWS-un əməkdaşına vaxt ayıraraq maraqlı söhbətində bəzi bilmədiyimiz məqamları oxucularla bölüşüb.

Sevimli oxucular

Yeni iliniz mübarək! Səmimi qəlbdən bütün millətimi 2020-ci ildə uğurlar, xoş günlər səadət diləyirəm! Xalqımız buna layiqdir! Yeni ildən öncə istəmədim oxuyucuların əhval-ruhiyyəsini pozam, qiymətli vaxtınızı alam. İlin sonunda özüm də çox məşğul idim. Dekabrda ilk dəfə Azərbaycanda vokalçıların festivalı keçirildi. Fidan xanım və mən həmin festivalın məsləhətçiləri idik. Sevinirik ki, bu festival çərçivəsində çox sayda gözəl, bacarıqlı gənclərimizin müxtəlif vokal janrlarını da duyduq. Bütün iştirakçıları təbrik edirik!

Bayram günlərində oturub rahat dinləyərək hamınızla ilin sonunda müxtəlif kütləvi informasiya şəbəkələrində haqqımızda yazılan yalanlara münasibət bildirirəm. Əslində özümə rəva saymaram yazanların səviyyəsinə enib, nəlayiq sözlər demək. Cavablarını xalqımın nümayəndələri yetərincə verib. Haqqımızda söylənilən xoş rəylərə görə, millətimizə minnətdarlığımızı bildiririk. O rəyləri oxuduqca, yenə bizə qarşı: sevginizi, sayqınızı hiss etdik. Xalqımdan güc alaraq həqiqətlərlə bölüşmək istədim.

Peyğəmbərimiz demişdir: "Haqqlısansa haqqsızlığa qarşı susma, susarsansa haqqınla bərabər vicdanını, mənliyini itirmiş olarsan!". Söhbətimin məğzi bundan ibarətdir ki, mən Opera və Balet teatrında çalışmaq istəyən gənc bir muğam ifaçısı Nigar Şabanovanın başına gələn hadisələrlə bağlı öz fikirimi söylədim. Əslində mən o, qızı heç tanımıram. Lakin, sözlərində həqiqət olduğuna inanıram. Bilirsiniz, tamaşaçılar teatra gələndə, adətən səhnəni seyr edirlər. Lakin pərdə arxasında nələr baş verdiyini, çox təəssüf ki, təsəvvür etmirlər. Vaxtı ilə biz bu teatrın aparıcı solistləri olmuşuq. Orada indi olan ağılasığmaz hadisələrdən xəbərdarıq. Əgər mən Nigar Şabanovanı dəstəkləməklə haqqlı deyiləmsə, o zaman teatrın truppa müdirini Tamara Eyvazovanı təkrar işinə qaytarsınlar!

Gözəl atalar sözü var: "Balıq başdan iylənər"... Odur ki, gələk söhbətin əvvəlinə

Mən və Fidan xanım 1976-cı ildə Azərbaycan Akademik Dövlət opera və balet teatrına işləməyə dəvət aldıq.O vaxtki və indiki teatr arasında yerlə göy qədər fərq var. Üstündən 50 il keçib.70-ci illərdə teatrın müdiri görkəmli bəstəkarmız, əsil ziyalı, şəxsiyyət, musiqiçi, müəllim, gözəl insan - professor Azər Rzayev idi. Bədii rəhbər və baş dirijor məşhur Rauf Abdullayev, baş rejissor Firudin Səfərov idilər. Tanınmış karifey ifaçılarımız: SSR-nin xalq artistləri Lütfiyar İmanov, Firəngiz Əhmədova; xalq artistləri Rauf Atakişiyev, Mürsəl Bədirov; əməkdar artistlər Firuzə Muradova, Rumiyyə Kərimova, Firudin Mehdiyev və s. Adlarını çəkmədiklərim məndən incimənsinlər, çox gənc idim, sanki xəyalımda düşündüyüm məkana qəbul olunmuşdum. Doğrudan da həmin dövrü, sözün əsl mənasında, "Qızıl Dövr" olduğunu hiss edirdim. Kollektiv bizi gözəl qəbul etdi və biz qısa bir zamanda, səsimizə uyğun repertuarı öyrənərək, böyük opera səhnəsinə çıxdıq. Uğurlarımız da qısa bir zamanda özünü biruzə verməyə başladı. Söhbətimdə mən yalnız opera bölümündən danışacam. Hamı bizə hörmət bəsləyib, dostluq edərdilər. Heç bir dedi qoduya qarışmazdıq, bizdən böyük həmkarlara qarşı sayqı duyardıq. Tapşırılan əsərlər üzərində çalışıb, başımızı aşağı salıb sakit gedərdik. O illərdə Tamara Eyvazova teatrın mətbuat şöbəsinin müdiri idi. Sonralar onu opera truppasının müdiri təyin etdilər. İşindən azad olunana qədər həmin vəzifədə çalışıb. Açıq desəm onun teatr və ya opera sənətinə aid diplomu, varmı-yoxmu bilmirəm. O illər teatrda hər millətə uyğun işçilər çalışırdı və Azər Rzayev hər kəsə qarşı hörmətlə yanaşırdı, solistləri qoruyardı, uğurlarla təbrik edərdi. Bütün kollektiv sağlam bir ab havada çalışardı. Adətən, hər bir teatrı onun şəxsiyyətləri ilə və geniş repertuarları ilə tanıyarlar. Deməliyəm ki, nüfuzumuz ildən ilə artırdı. Qısa bir müddətdə biz tearda çox vacib sayılan bədii şuranın üzvləri seçildik. Həmin şurada teatrımız qabaqcıl işçilərindən başqa, dəvət olunan: tanınmış yazıçılar, bəstəkarlar, rəssamlar da iştirak edərdi. Teatrın bütün problemləri həmin şurada müzakirə olunurdu. Qeyd etmək istərdim ki, ən uğurlu, gözəl tamaşalarımız Rauf Abdullayevin rəhbərlik etdiyi teatrın orkestrı ilə ifa etmişik. Nə yazıq ki, belə gözəl illər, opera fəaliyyətimiz uzun çəkmədi - 1976-1988 illərə qədər. Amma buna baxmayaraq, Fidan xanım və mən yüksək uğurlara nail olmağı bacardıq.Teatrın hər iki truppası Rusiyanın müxtəlif şəhərlərinə qastrol səfərlərinə gedərdi. Tamaşaların səviyyə uğurları barədə xüsusi icarəyə alınmış müxbirlər deyil, əsl musiqini bilən yerli jurnalistlər gözəl məqalələr yazırdılar. Onlardan çoxu arxivimizdə indi də var.Sonra böyük bir fəlakət baş verdi.Opera teatrı yandı.Eyni zamanda, respublikada siyasi vəziyyət də gərginləşirdi.

Bunları əslində mən gənc nəsil üçün söyləyirəm. Əlbəttə Azərbaycan xalqı, tarixçilər, ziyalılar, musiqiçilər həmin hadisələrin şahidi olublar.
Teatrın yanması - xalqın ümumi dərdi oldu. Teatrın yanandan sonra bir müddət təmirə bağlandı. Onun bərpası Ə.C. Lemberanskiyə tapşırılmışdır. Vaxtı ilə atam onu gözəl tanıyardı. Birlikdə o vaxtki Azərbaycan SSR Nazirlər Sovetində çalışmışdılar. Əliş Cəmiloviç hər dəfə bizi görəndə deyərdi ki, çox tələsirəm, istəyirəm teatrımızı qısa zamanda bərpa edəm ki, siz yeni səhnədə təkrar parlayasınız. O çox ziyalı bir insan olub, öz işini gözəl bilirdi. Bəzən Fidan xanımı və məni tikintiyə dəvət edərdi və pillə-pillə yaruslara qalxaraq oxudardı ki, teatrın akustikasını yoxlasın.Eyni şeyi o Musiqili Komediya teatrın yeni tikintisində də etmişdir.Bu iki teatrın bərpasında və tikintisində Lemberanskinin böyük əməyi var. O olmasaydı, belə qısa zamanda Opera və Balet teatrı yenidən tamaşaçılara qapılarını açmazdı.Demək olar ki, Lemberanski bütün gününü tikintidə keçirərdi. II-III il təmir müddəti ərzində biz bir çox qastrol səfərlərinə nigaran gedərdik. Təmir işləri nə zaman bitəcək deyə, maraqlanırdıq.Dəyərli oxuyucularımız öz müsahibəmdə deyəndə ki, "axı o kimdir"?mən əslində gənc nəslə Akif Turan oğlu Məlikovu daha yaxından tanımasını nəzərdə tuturdum. Bizim nəsil onu çox yaxşı tanıyır.Onun elə gurultulu keçmişi olub ki, hamıya yenidən yada salmaq maraqlı olar.Rica edirəm buradan daha diqqətlə oxuyun.
Çox maraqlıdır ki, Akif Məlikov işə alınanda kadrlar şöbəsinə sənədlərini təqdim edərək, əsl vacib olan maddələri sıra ilə qeyd edərək, ya unudub, ya da qəsdən əlavə etməyib. İndi mən onları tamamlağa hazıram:

Xasiyyətnamə

Akif Turan Məlikov 18 mart 1950 ci ildə Bakı şəhərində doğulub. 1957-ci ildən 1968-ci ilədək Bülbül adında orta ixtisas məktəbində fortepiano sinfində oxuyub.1964-cü ildə Azəbaycanın L.K.sırasına qəbul olunub. 1968-ci ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasnın fortepiano bölümünündə çox az zaman gənc müəllimi V. Matyuşkinin tələbəsi olub. 1971-ci ildə o konservatoriyanın axşam bölümündə təhsilini davam edib. Həmin ildə Azərbaycan LKGİ MK təbliği mədəni-kütləvi iş şöbəsinin təlimatçısı vəzifəsinə işə alınıb. 1973-cü ildə Kommunist Partiyası sıralarına qəbul olunub.Viktor Matyuşkin rəhmətə gedəndən sonra, o müəllim Oktay Abasquliyevin tələbəsi olub.Pedaqoqunun sözlərinə görə, ən zəif tələbələrindən biri sayılırdı.Konservatoriyanı 1968-ci ildə (özü dediyi kimi) fərqlənmə diplomu ilə deyil, ifaçı - pianoçu da yox müşayətçi müəllimi ixtisası ilə bitirib. (diplom N 100509)

Akif Məlikov heç bir zaman o vaxtlar ən güclü pedaqoqlardan biri sayılan, kafedra müdiri, professor M.R.Brennerin tələbəsi olmayıb! Brenner 1973-cü ildə rəhmətə gedib və öz sinfinə qəti olaraq zəif pianoçu almazdı. A.Məlikov nə məqsədlə bu yalanları söyləyir ?.Yəni fakultədə, qrupda olan 50 nəfərin heç birisi onun nə dərəcədə "bacarıqlı" pianoçu olub-olmadığını bilmir?!Professor Oktay Abbasquliyev özü söyləyirdi ki, A.Məlikov hər zaman bir səbəb tapıb, imtahanları bağlı qapılar arasında ifa edərdi.Heyif ki, O. Abbasquliyev 2016-ci ildə rəhmətə gedib, yoxsa təsdiq edərdi.Lakin A.Məlikovun sənədləri arxivlərdə durur. Anlamıram, yalan deməyin məqsədi nə imiş əcaba?A.Məlikovun ümumiyyətlə xəyalı pianoçu olmaq deyilmiş.Tələbə ikən onun istəyi rəhbər olmaq, vəzifəli bir işdə çalışmaq olub. O bu xəyalını komsomol rəhbəri işindən başlayıb. Məqsədi ömür boyu başqalarını ləkələmək, iftiralar atmaq olub. Misal var: "Başqasına quyu qazan özü o quyuya düşər". Hörmətli oxucular, hələ bitmədi, davamı var...
1977-ci ilin 12 sentyabrında (protokol N 87) Azərbaycan LKGI.MK Akif Məlikovun şəxsi məsələsinə baxaraq qərar çıxarılıb ki, A.Məlikov komsomolçuya və kommunisçiyə layiq olmayan bir sıra ləyaqətsiz hərəkətlərə yol verərək Komsomol və Kommunist sıralarından çıxarılsın. Bu səbəbdən ona hər hansı bir idarəçilik işinin heç bir zaman tapşırılmamağı barədə qərar alınmışdır. O dəfələrlə müraciət etməsinə baxmayaraq ona konkret olaraq yox cavabı bildirilib.

A.Məlikov eyni zamanda mədəniyyət sahəsində işləyən nüfuzlu tanışlarına istinad edərək öz işinə yüksək qiymət vermiş, bununla da təvazökarsızlıq göstərmişdir.

A.Məlikovun bütün vəzifələrə cəhd göstərməsi puça döndü.Azərbaycanın L.K-nın qapıları onun üçün həmimşəlik bağlandı.Lakin o ümidini itirmirdi. Harada A.Məlikov özünə sığınacaq tapdı? Əlbəttə ki, doğma konservatoriyasında.

O, "Solo oxuma və opera hazırlığı" kafedrasının nəzdində yeni yaranmış opera studiyasnın müdiri təyin olundu. O illər mən konservatoriyanı yeni bitirmişdim və həmin studiyada solist kimi çalışırdım. Oxuyuculara məlum oldu ki, mən onu nə zamandan tanıyıram? Bu iş əlbəttə ki, A.Məlikovu qane edə bilməzdi. O bundan daha yüksək iş yeri qazanmaq barədə düşünürdü. Sakit oturmadan dəfələrlə müəyyən təbəqələrə müraciət edərdi.
İllər sonra onun məsələsi Azərbaycan Mərkəzi Komminist Partiyasında müzakirə olunmuşdur (1985). Azərbaycanda KP MK aparatında Təbliğat və təşviqat şöbəsinin müdiri cənab Ramiz Mehdiyev 1985-ci il 27 sentyabr tarixində öz imzası ilə Azərbaycan LKGİ MK-nın qərarı ilə razılığını bildirmişdir. Bütün bu sənədlər arxivlərdə saxlanılır. Maraqlananlar tanış ola bilərlər.

A.Məlikovun ləkələnmiş keçmişi böyük əks səda yaratmışdır.Bütün Azərbaycan bunu bilirdi.

Hörmətli oxuyucular, dəfələrlə qeyd etmişik ki, biz Fidan və Xuraman Qasımovalar A.Məlikovun müdirliyi dövründə çalışmamışıq. O illərdə Ü.Hacıbıyov adına konservatoriyanın rektoru, görkəmli musiqişünas alim, elmlər doktoru, professor Elmira Abbasova idi. Opera studiyanın müdiri olaraq A.Məlikov təkrar xəyallar qurmağa davam edir.Çünki, bu vəzifə onu qane etmir. A.Məlikov ona məxsus olan xüsusiyyətləri ilə E.Abbasovanın etimadını qazanmaq üçün bütün imkanlardan istifadə edir: Elmira xanımın evinə böyük gül dəstələri, şirniyyatlar, yeməklər və s göndərir. Biz Elmira xanımla bir binada qonşu idik və mən özüm A.Məlikovun ona qarşı belə "həssas diqqətini "eyvandan duraraq görmüşəm.Əslində, Elmira xanım çox mədəni, sakit, əsl ziyalı bir qadın idi.İşdən yorğun dönərdi, elmlə məşğul idi.Onun belə yaltaq insanlardan heç xoşu gəlməzdi.Lakin A.Məlikov məqsədyönlü əməllərində israrlı idi və Elmira xanımın çevrəsinə yaxın olmağı bacardı.Axırda A.Məlikov öz məqsədinə çatır.

1972-ci ildən Azərbaycanın Mədəniyyət naziri Zakir Nəriman oğlu Bağırov idi - böyük ziyalı insan, filosof, gözəl rəhbər.Elmira Abbasova ona müraciət edir ki, A.Məlikovu opera və balet teatrına işə alsın.Z.Bağırov elə alicənab bir insan idi ki, Elmira xanımın xahişini yerə salmazıdı.A.Məlikov, xəstəliklə bağlı təqaüdə çıxan teatr müdirinin administratik işlər üzrə müavini - Georgi Sırovatskinin yerinə təyin olunur.Bax belə uzun fırıldaqlarla dolu yollarla o, Elmira xanımın köməkliyi nəticəsində teatrın kollektivinə daxil olur.Elmira xanımla tez-tez liftdə görüşərdik.İllər sonra, o mənə A.Məlikovdan narazılığını bildirdi ki, bir dəfə də olsun ona nə dəvətnamə, bilet göndərməz, nə zəng edər, nə səhhəti ilə maraqlanardı.Elmira xanım 2009-cu ildə rəhmətə gedib.Lakin onun bir qızı var, ondan maraqlana bilərsiniz.A.Məlikov görəsən bu gün Elmira xanımın məzarını ziyarət edirmi?Gül dəstələri aparırmı?Dualar oxudurmu? Əminəm ki, yox!
Teatr yanandan sonra Azər Rzayev öz ərizəsi ilə işdən ayrıldı.Bütün kollektiv böyüksüz, sanki yetim qaldı.Onu müvəqqəti olaraq A.Məlikov əvəz etdi.
A.Məlikov yavaş-yavaş öz arzusuna yaxınlaşdırdı. Çox can atırdı teatrın müdiri olsun. Bir vaxtlar teatra müdir - SSRİ-nin xalq artisti Lütfiyar İmanov təyin olundu.Həmin iclasda bütün teatrın kollektivi iştirak edirdi.Neçə dəfə A.Məlikov bizdən xahiş etsə yaxşıdır ki, biz Z.Bağırovun, Ramiz Mehdiyevin yanında onun adını təklif edək?Lakin məsələ həll olunmuşdir.Z.Bağırov özü söylədi ki, teatra müdir kollektivi tanıyan, nüfuzlu şəxs, təcrübəli, yaradıcı insan rəhbər təyin olunmalıdır.Bu baxımdan L.İmanovu daha uyğun gördülər.A.Məlikovu da inzibati işlər üzrə teatr müavini olaraq yerinə təsdiq etdilər.

Həqiqətlər belə olmuşdur dəyərli oxucular

1988-ci ildə teatrın təntənəli açılışı oldu.Sonra Çuzeppe Verdinin "Otello" və "Aida" operalarının premyeraları oldu.Hər ikisində Fidan xanım və mən uğurla baş rollarda dəfələrlə səhnəyə çıxdıq. Gözəl yaradıcı günlər çox çəkmədi. Respublikada Qarabağ problemi ilə siyasi vəziyyət, gərginlik başladı.Oxucuların çoxu o hadisələrin canlı şahidləri olublar. O illərdən uzun zaman keçib, yetişən gənc nəsil unutmuş ola bilər. Heç bir mədəni müəssisə, teatr, məktəb, demək olar ki, normal fəaliyyət göstərmirdi. Həmin illərdə mən öz şəxsi faciəmi yaşadım. Ailə qurub ana olmağa hazırlaşırdım, lakin arzuma nail ola bilmədim. Demək olar ki, mən də yanvar hadisələrinin qurbanıyam, çünki çox qorxdum.Ciddi bir stres keçirtdim və nəticədə çox ağır xəstələndim.Səhnəyə çıxa bilmədim.Respublikanın rəhbəri R.Vəzirov Azərbaycanın Mədəniyyət naziri Polad Bülbül oğlunu təyin edir.Biz onu uşaqlıqdan tanıyırdıq.Mərhum qardaşımızın dostu idi.Z.N.Bağırov uzun sürən xəstəlikdən sonra rəhmətə getdi.Həkimlərin qərarına görə, mən hökmən xaricə getməli idim.SSRİ dağılmışdır, ölkəmiz yenicə müstəqilliyi əldə etmişdir.Azərbaycanda qərblə neft strategiyası ilə bağlı ilk danışıqlar aparılırdı.Bizim çox sayda həmkar dostlarımız Fidan xanımdan xəstəliyimlə bağlı həyacanlı xəbəri duyurlar və nazir P.Bülbüloğlunun imzası ilə "Azərneft" şirkətinin o illərdəki sədri olan Sənan Əli-zadəyə barəmdə məktubla müraciət edirlər.(Dəfələrlə bu baradə mətbuatda və haqqımızda yazılan "Bellissimo! Fidan və Xuraman" kitabında söyləmişik) .Həmkar dostlarıma çox minnətdaram.Sənan Əli-zadə qısa zamanda bu məsələni həll etməyi bacardı.Hökümətdən razılıq aldı.Böyük fürsət o oldu ki, məhz həmin günlərdə ABŞ-ın "Amoko" neft şirkətinin prezidenti Terri Adamson Bakıda imiş.Məsələni öyrənərək o iki soprano səsli xanımları tanıyıram, dinləmişəm deyib, məni hörmətli akademik Cəmil Əliyevlə birgə öz təyyarəsi ilə Amerikaya müalicəyə aparır.Mən Amerikanın ən məşhur onkoloji mərkəzlərindən biri sayılan M.D.Anderson adlı klinikasında uzun və çətin günlər keçirtdim. Beləliklə, mən 1992-ci ilin 14 avqustunda yaxınlarım və dostlarımla vidalaşıb ABŞ-a aparıldım.

Hörmətli oxucular belə ətraflı söhbətinin məqsədini bir qədər sonra öyrənəcəksiniz.

Arıtıq iki əməliyyat keçirmiş 40 yaşında Xuraman Qasımova 9 ay ərzində yenə təkrar əməliyyat olunur.Ciddi bir müalicə görür.Hər tibbi əməliyyta gedərkən, dua edərdim. Allahıma yalvarırdım ki, müalicəmin səsimə təsiri olmasın, çünki, ola bilərdi.İlahi dualarımı duymuş! Unutmaq çox çətindir ki, ABŞ-a gedərkən mənimlə teatr işçilərindən heç kim vidalaşmağa gəlmədi. Nədən əcaba?P.Bülbüloğlunun əmri ilə A.Məlikov artıq teatrın müdiri vəzifəsini icra edirdi.L.İmanov operadan uzaqlaşdırılaraq "Teatr cəmiyyətinin" sədri vəzifəsinə seçilmişdir.
Sonralar duydum ki, Bakı mətbuat səhifələrində barəmdə sağlamlığımla bağlı nigarançılıq var idi. Yəni mən sağlam dönəcəm ya yox, çünki, açıq desəm, ümid çox az idi. Düşünürəm elə o zamanlar teatrın kollektivi artıq müdir qoltuğunda oturan A.Məlikov mənimlə daxilən həmişəlik vidalaşdılar.Bəlkə elə bu səbəbdən mənə qürbətdə keçirdiyim ağır və uzun aylar ərzində teatr işçilərindən heç bir məktub yazan belə olmadı. Məni ABŞ-da qoruyan Allahım, dualarım dostlarımdan,yaxınlarımdan və ən əsas bizə pərəstiş edən xalq nümayəndlərindən çox sayda aldığım məktublar idi. Həmin məktubları indi də göz bəbəyi kimi qoruyuram. Bəzən onları təkrar-təkrar oxuyaraq kədərlənirəm, ağlayıram lakin, o çətin günlərdə xalqım mənə sevgisini, sayqısını, məhəbbətini göstərərək güc verdi, yaşamağa ümid bəxş etdi, dualarını əsirgəmədi! Amma "əziz" hesab etdiyim teatr kollektivim isə susurdu, nədən əcaba?

Xəstəxanada məni çox sayda həmvətənlərim, o illər ABŞ-da Azərbaycanın səfiri olan hörmətli Hafiz Paşayev, Amerikaya gələn neft şirkətinin nümayəndələri və s məni ziyarət etməyə gəlirdilər. Bunları görərkən özümə deyirdim: "Döz Xuraman, döz, sən güclü və cəsarətli olmalısan! Vətənin, sevən xalqın, yaxınların səni gözləyir!".

Fidan xanım isə burada mənsiz nəfəs ala bilmirdi, özünə yer tapmırdı.Onu anlamaq olar.Bir-birimizə çox bağlıyıq.Uzun illər bizi Türkiyəyə tanınmış vokal ustaları kimi dərs verməyə dəvət edirdilər, lakin biz qərarımızı verə bilmirdik, çünki, çox sayda qastrol səfərlərində olardıq. O çətin günlərdə mən Fidan xanıma telefonla məsləhət gördüm, qərarını versin və bir müddətə Bakıdan ayrılsın ki, sakit olsun. Söz verdim İnşaallah dönərkən, mən də yanına gələrəm.Amma dönməyimin dəqiq zamanını bilmirdim.Fidan xanım teatr müdirinə ərizə ilə müraciət edir və A.T.Məlikov heç bir sual vermədən çox rahatlıqla ərizəni imzalayır.Belə bir gərginlik keçirən Fidan xanım 1992-ci ilin payızında teatrdan ayrılır.

1993-cü ilin aprelində mən nəhayət vətənə dönürəm. Məni hava limanında çox sayda: insanlar, Aztv müxbirləri, dostlarım, qohumlarım, ziyalılar, nazirimiz Polad Bülbüloğlu qarşılayırlar. O günü həyatımın sonuna qədər unutmaram! Lakin bütün insanların arasında mən teatra artıq rəsmən müdir təyin olunmuş nə A.Məlikov nə də teatr həmkarlarımı görmədim.Nədən əcaba? Anlamadım...
Bir ay ərzində evdə oturaraq müxbirləri qəbul edərdim.Hər dəfə maraqlanardılar məni nə zaman səhnədə eşidib görəcəklər?Söylərdim ki, bir qədər özümə gəlim sonra yaradıcı planlarımla paylaşaram. Nə diyə bilərdim ?Teatr susurdu, oradan bizimlə bağlı planlar bildirilmirdi.Bir dəfə olsun telefon açıb xoş gəlmisiniz belə söyləyən olmadı.

Dəyərli oxucular, bəlkə siz suallarıma cavab verə bilərsiniz?Əgər mən teatrın solistiyəmsə və məni orada görmək istərdilərsə bu nə insanfsızlıqdır sənətkara qarşı?!Bir gün axşam özüm istədim teatra gedim (xatırlamıram hansı tamaşa idi).Məni zalda görən A.Məlikov və onun köməkçisi və ya cangüdəni sayılan Əli Ağayev mənə yaxınlaşdılar, salamlaşdılar.Sanki dünən görüşmüşdük. 15 dəqiqəlik fasilə müddətində A.Məlikov teatrın "uğurlarında, yüksək səviyyəli tamaşalar", gözəl yeni ifaçılar barəsində məlumat verdi. Heç olmasa necəsiniz soruşaydı, xoş gəlmisiniz deyərdi.Amma onda hörmət anlayışı belə yoxdur. O sənətkarı düşünən insanlardan deyil yalnız öz şəxsi mənafeyindən başqa. Qarşısında həmin teatrın səhnəsində böyük ustalıqla çıxış edən, teatra uğurlar gətirən uzun zaman xəstəliklə savaşan Xalq Artisti Xuraman Qasımova durmuşdur! Mən rütbəli komandir deyiləm ki, sən mənə bir əsgər kimi raport verəsən?!Heç pərt olmadan, gülərüzlə onları təbrik etdim.Mən elə bundan qorxurdum ki, A.Məlikovun Teatra gəlməyi ilə buradakı yaradıcı ab-hava dəyişəcək. Evə dönərək, dərk etdim ki, Fidan və Xuraman Qasımovalar teatra rəhbərlik edən, özünə vurğun olan cansız insanla artıq çalışa bilməyəcəklər! Ona görə, dəfələrlə söyləmişəm ki, bizim adımız Opera teatrın solistləri siyahısından 1993-cü ildən belə silinib, ifa etdiyimiz tamaşaların əksəriyyəti də repertuardan çıxarılıb! SSR xalq artisti Fidan Qasımovanı heç olmasa da bir dəfə olsun "Koroğlu" tamaşasında Nigar rolunu ifa etməyə dəvət edə bilərdilər. O ki, okeanın o tayında deyildi. Yaxın Türkiyədə müvəqqəti çalışırdı.
Nədən əcaba teatrın rəhbərliyi bunu etmirdi? (söhbət 1993-cü ildən gedir).
A.Məlikov, bəllidir ki, öz diktator əməllərini, özbaşınalığı həyata keçirməyə başladı.Əlbəttə o kiməsə arxalanmasaydı bunu edə bilməzdi. Görəsən o hansı mədəniyyət məmurlarına arxalanaraq: L.İmanovu, M.Maqamayevi, Rəfiqə Axundovanı, Maqsud Məmmədovu, Fidan və Xuraman Qasımovaları teatrından kənərlaşdırır, işləməyə imkan yaratmır? Onun kimi nə opera nə balet sənətindən xəbəri olmayan insanla - çalışmaq belə istəmirdik.1994-cü ildə mətbuatdan öyrəndim ki, BMA-nın "Solo oxuma və opera hazırlığı" kafedrasına müdir vəzifəsinə müsabiqə elan olunub.Həmin müsabiqədə iştirak etməyi düşündüm və qazandım.Beləliklə mən bugünə qədər "Solo oxuma" kafedrasının müdiriyəm, professoruyam və bununla qürur duyuram.Heç peşman deyiləm əksinə, fəxr edirəm ki, gənclərlə çalışıram, bildiklərimi paylaşıram. Əsl peşəkar insan özünə iş tapar. Sevinirəm ki, kafedramızda mənimlə birgə: Fidan xanım kimi böyük ifaçı, musiqiçi digər peşəkar pedoqoqlar çalışırlar. A.Məlikov söylədiyi - yeni gənc, istedadlı ifaçılar ki,şəxsən özü bəyənir, seçir, fəxri adlara təqdim edir, unutmasın ki, mən başçılıq etdiyim kafedranın yetişdirmələridir. Əgər onlar Ü.Hacıbəylinin yaratdığı musiqi təhsili ocağının Fidan xanım və Xuraman xanımın imzaladıqları diplomla bitirirlərsə, bununla məncə fəxr etməlidirlər!

Amerikadan dönəndən sonra mən "Xoş gəlmisən Xuraman" adlı solo konsert proqramı ilə filarmoniyanın səhnəsində çıxış etdim.Həmin konsert indiyə qədər pərəstişkarlarımız xatirəsindədir. O proqram Vətənimə, Azərbaycana, Bakıma hərs olunmuşdur. Bunu hər duyan gördü.Mən xahiş etmişdim ki, bütün giriş qapılarını açsınlar ki, çox sevdiyim xalqım məni duysun.İki hissədən ibarət konsertdən yorğunluq hissi keçirmədim, çünki səhnə üçün çox darıxmışdım.Lakin A.Məlikov nə etdi?Gəlmədi, dinləmədi, üstəlik teatra da bizi dəvət olunan solistlər kimi də çalışdırmaq istədi.Bu nə deməkdir biz gözəl bilirik.A.Məlikov teatra ilk təyin olunandan bizim nüfuzumuzu aşağılamağa çalışıb.1994-cü ildə məndə Fidan xanımın yanına Türkiyəyə getdim.Biz bir müddət orada çalışmağa məcbur idik.Səhhətimlə bağlı müalicəm davam edirdi. Orada 5 il ərzində dərs verərək qazancımı həkimlərə ödəyirdim. Hörmətli oxuyucular müftə qazanc budurmu? Hər şeyə rəğmən,tələbələrimlə məşğul olmaq üçün fürsət tapıb tez-tez Bakıya gələrdim. 1994-cü ildə Heydər Əliyev yenidən hakimiyyətə qayıdır, Azərbaycan prezidenti seçilir.

Bir gün mədəniyyət naziri Polad Bülbüloğludan soruşur ki, Fidan və Xuraman Qasımovalar haradadırlar?Onları heç görmürəm.Nazir cavab verir ki, Türkiyədə çalışırlar.Heydər Əliyev söyləyir ki, onları görmək istəyirəm.P.Bülbüloğlu dərhal Türkiyəyə telefonla zəng edir və prezidentin sözlərini bizə çatdırır.Biz təcili Bakıya gəlirik və Heydər Əliyevlə görüşürük.Prezidentimiz mənə onunla Səudiyyə Ərəbistana rəsmi nümayəndə heyəti tərkibində getməyi təklif edir.Mən təklifi məmnuniyyətlə qəbul edirəm.Təyyarədə mənimlə xüsusi söhbət zamanında maraqlanır, nə vaxta qədər Türkiyədə çalışacağıq.Heydər Əliyevə söylədim ki, bu mənim səhətimlə bağlıdır. "Xəbərim var dedi, bu səbəbdən sənə təklif elədim ki, mənimlə Məkkəyə gedəsən". Baxın nə qədər uzaqgörən şəxs imiş! "Tezliklə sağal, müalicəni bitir və Bakıya dönün.Orada böyük işlər görmüsünüz, indi mən artıq dönmüşəm və istəyirəm ki, siz burada çalışaraq, öz fəaliyyətinizi davam edəsiniz, şəxsi vokal məktəbiniz olsun ki, Vətəninizdə yeni gənc ifaçılar nəsli yetişdirəsiniz!.Dediklərimi Fidana da söylə və hər ikiniz evə dönün. İstəyirəm burada yanımda olasınız Sizin gözəl səsinizi eşidək və bunun üçün hər bir şəraiti mən yaradacam!" Bu çox səmimi əsl ata və övlad söhbəti oldu.Bizim teatrla bağlı problemlərimiz baradə Heydər Əliyevə heç bir şey söyləmədim, şikayət etmədim, onun zamanını almaq istəmədim.Səudiyyə Ərəbistandan dönəndən sonra böyük təəssüratla dolu idim, və filarmoniyanın səhnəsində "Ave Maria" adlı solo konsert proqramı ilə çıxış etdim.Heydər Əliyev şəxsən öz ailə üzvləri ilə gəlmişdi və konserti çox bəyənmişdir.Prezidentimizin sözləri bizləri çox ümidləndirdi.Onunla görüşlərdən sonra bizi tez-tez dövlət tədbirlərində iştirak etməyə dəvət edərdilər.
Lakin opera teatrından heç bir təkliflər gəlmirdi. 1994-cü ildə 27 may tarixində opera teatrımıza böyük müğənni Yelena Obraztsova dəvət olunmuşdur. O C.Verdinin "Aida" operasında Amnerisin rolunda çıxış edəcəkdi.Aidanın mürəkkəb obrazında çıxış edən ifaçı olmadığından, teatra məni oxumağa dəvət edirlər.Tamaşa çox böyük uğurla keçdi. Obraztsovanın şərəfinə Heydər Əliyev axşam ziyafəti verdi, mən də dəvət olunmuşdum. Yelena Obraztsova orada söylədi ki, Xuraman Qasımovanın çox gözəl səsi, bacarığı var. Mən belə bir Aida ilə səhnədə bugünə qədər çıxış etməmişəm.Gördüm ki, Heydər Əliyev qürur hissi keçirdi. Lakin, nə məbləğdə bu ifaya görə qonarar aldım, xəbəri təbii ki, olmadı...
Sonralar məni Türkiyədən yenə bu rolu ifa etmək üçün Bakıya dəvət edirdilər.Lakin qonararlarım başqa dəvət olunanlardan çox fərqli idi (qat-qat az idi).
A.Məlikov unudub ki, Qasımovaların adı çox populyardır.Bizi bütün sovet məkanında tanıyan həmkarlarımız var. Onlardan bəziləri bizimlə bu gündə əlaqə saxlayır.Onlar bizimlə A.Məlikovun fırıldaqlarından açıq danışıblar.Necə ki, müqavilədə bir məbləğ, ifaçı isə tamam başqa məbləğ alır.Bunlardan onsuzda biz çoxdan xəbərdar idik. Gənc nəslin bunlardan necə xəbəri ola bilər? Onlar yalnız səhnəyə çıxmaq istəyirlər.Hansı qazanc verərlərsə ona da razıdırlar.Halbuki, opera sənəti çox mürəkkəb bir sənətdir.1996-cı ildə yenə Bakıda iki möhtəşəm konsertlə çıxış etdik.Konsertlərin birindən sonra Heydər Əliyev hər ikimizi axşam yemyinə dəvət etdi.Yalnız üçümüz idik.Çox gözəl, səmimi, unudulmaz, maraqlı söhbətlərlə dolu bir axşam keçirdik.Hətta onunla birlikdə sevdiyi mahnıları da ifa etdik. Zamandan istifadə edərək öz məktəbimiz olsun ərizə bizə yazdırdı, imzaladı və köməkçisinə əmr verdi ki, onu Fatma xanım Abdullazadəyə çatdırsın. İllər keçdi, yalnız məktubdan xəbər olmadı.Nədən səbəbini bilmirik.
1997-ci ildə Türkiyədə kontraktımızı bitirib Bakıya döndük.İşimizi BMA-da davam etdik.Pedoqoji məsləyimizi çox sevirik və məsuliyyətlə çalışırıq. Qısa zamanda cəmi 4-6 il ərzində tələbələrə çox şey öyrətməliyik. Ondan əlavə hər il solo konsert proqramları üzərində də çalışırdıq, açıq dərslər verirdik. Biraz öncə söylədim ki, əsl peşəkar insan özünə hər zaman iş tapar.

1998-ci ildə nazir P.Bülbüloğlu A.Məlikovu Müslüm Maqamayev adına Dövlət filarmoniyasının və onun nəzdində olan "kamera - konsert" Kirxa adlanan salonunun müdiri vəzifəsinə təyin edir. Bütün musiqiçilər, açıq söyləsəm, çox təəcübləndilər, şok belə keçirdilər.Hansı "təkrarolunmaz" xüsusiyyətlərə görə, A.Məlikov nazir P.Bülbüloğlunun etimadını qazanmağa bacarıb?Bəllidir ki, A.Məlikovun ləkəli keçmişini hörmətli nazir bilmirdi.Çünki uzun zaman Moskvada yaşayırdı.Bəlkə opera və balet teatrımızın "yaradıcı uğurları" mədəniyyətimizi dünya səviyyəsinə ucaltmışdır? ". İndi isə filarmoniyanın fəaliyyətinin yüksəltmək gərək idi.Bunu yalnız A.Məlikov kimi "təşkilatçı" bacarıqlı "administrator" edə bilərdi.Gözəl xatırlayıram Bakıya yeni gələndə P.Bülbüloğlu məndən soruşmuşdur ki, A.Məlikov kimdir?Onu xəbərdar etdim ki, zəif bir musiqiçidir, xalq içində nəlayiq nüfuzu var və çox təhlükəli insandır.Ona inanmaq olmaz! İllər göstərdi ki, A.Məlikov nə iləsə Polad Bülbüloğlunun və digər yüksək mədəniyyət məmurlarının etimadını qazanmağı bacardı, yoxsa "möhkəm, güclü" arxam var, heç kimdən qorxmuram ifadələrini söyləməyə cəsarəti çatmazdı!
Bu ifadələri tək mən ondan duymamışam başqa həmkarım da duyub.A.Məlikov bəlkə digərlərini qorxuda bilərdi, Qasımovaları - qətiyyən yox.Təsəvvür edin 1998-ci ildən bizə artıq 3 səhnənin qapıları bağlı idi.Lakin biz A.Məlikovun önündə baş əyməyi alçalmağı düşünmürdük. Açıq desəm ona nifrət edirdik! Yaltaqlıq və ikiüzlülük - onun əsas həyat tərzidir!!!.

Rauf Abdullayev də artıq opera teatrında çalışmırdı. O maestro Niyazidən sonra Ü.Hacıbəyov adına böyük simfonik orkestra baş dirijor və bədii rəhbər təyin olunmuşdur. Bizi teatra heçnə cəlb etmirdi. O halda bizim üçün yeganə səhnə Heydər Əliyev adına saray idi ki, biz orada çox sayda çıxışlarımızla öz pərəstişkarımızın qarşısında hər il yaradıcı hesabatımızı edirdik. Buna görə mən səmimi qəlbdən çox hörmətli Mehriban Əliyevanın bizə qarşı xüsusi münasibəti baradə söyləməyi özümə borc bilirəm.Həmin konsertlərin təşəbbüskarı və dəstəkçisi məhz o olub.1998-ci ildə ölməz bəstəkarımız F.Əmirovun "Sevil" operasının III redaksiyası baradə hörmətli pianoçumuz Xalq artisti Fərhad Bədəlbəyli fikrimi bilmək istədi.Çünki, həmin tamaşanın musiqi və bədii rəhbəri o olacaqdı.Bu operanın ikinci quruluşunda 1980-cı ildə Fidan xanım və mən Sevil və Dilbər obrazlarını ifa etmişdik.Fikrət Əmirov hələ sağ idi və çox sevinirdi iki gözəl soprana bu əsəri ifa edəcəklər.Teatrımızda bu nadir hal idi.Onu da demək istəyirəm ki, tamaşanın rəssamı görkəmli Toğrul Nərimanbəyov idi. O,"Sevil" operasının afişalarını Fidan xanımın üz profilindən hazırlamışdır.Teatr bu günədək həmin afişalardan istifadə edir. Çünki daha gözəlini kimsə yaratmayıb. Bəli hörmətli oxuyucular teatr üzərində gördüyünüz afişalar T. Nərimanbəyovun şedevr əsərlərindən biridir ki, Sevilin mübariz obrazını - Fidan Qasımovanın gözlərində, baxışında yaradıb.1998-ci ildə də həmin afişalar şəhərdə asılmışdır.F.Bədəlbəylinin xəbəri var idi ki, bu operada mən həm Sevil həm də Dilbər obrazlarını ifa etmişəm.Ümumiyyətlə mən həmin operanın bütün obrazlarını əzbər bilirdim.Bir musiqi rəhbəri olaraq, onun yeni görünüşü, fikirləri var idi.Məndən xahiş etdi ki, Sevil rolunu mən ifa edim.Söylədim ki, mənim opera teatrımza aidiyyatım yoxdur.Biz orada artıq çalışmırıq. Darıxma dedi bu rolu ifa etmək üçün teatra dəvət olunacaqsan, səninlə müqavilə bağlayacaqlar. Dəvət etdilər.Baxmayaraq ki, bütün operanı gözəl bildirim, məşqlərin hamısına gəlirdim, çünki uzun zaman keçmişdi, yeni, gənc ifaçılar teatra qəbul olunmuşdur.Əsərin dirijoru yeni təyin olunmuş C.Cəfərov idi.Premyeraya 10 gün qalmış, dəvət olunan solsit kimi mən teatrın rəhbəri A.Məlikovun qəbuluna getdim ki, müqavilə nə zaman və hansı şərtlərlə mənimlə bağlanacaq?Keçirdiyim məşqlərə və ifa etdiyim Sevil rolunun ifasına görə, mənə nə məbləğdə qonorar ayırmağa düşünülüb? A.Məlikov cavab verdi ki, teatrda heç bir solistə 500 manatdan artıq məbləğ verilmir. Yəni mən, dəvət olunmuş Xalq artis Xuraman Qasımova, belə mürəkkəb bir rolu, bütün keçirdiyim məşqlərlə - 500 manata ifa edəcəm?! Söylədim ki, nə yaxşı ki, öz düşüncəmlə qəbulununa gəldim, tamaşaya 10 gün qalmış bu sualı verdim, sonra deyərdi ki, Xuraman Qasımova bunu qəsdən etdi. Odur ki, söylədim ki, mən səhnəyə çoxdan bu şərtlərlə çıxmıram. Amma Sevili 2000 manata ifa etməyə razıyam, əks halda , məni başqa ifaçı ilə əvəz etsinlər. Vaxt var. A.Məlikov söylədi ki, sözləri nazir Polad Bülbüloğluna çatdıracaq.Səhəri teatra məşqə gələrkən uzaqdan gördüm ki, mənim adım afişalarda yoxdur.Başqa bir ifaçının adı ilə əvəz olunub.Dəyərli oxuyucular.Təsəvvür edirsiniz bir gecədə şəhərin hər yerində asılan afişalar dəyişildi.Teatra heç girmədən musiqi akademiyasına gəldim ki, F.Bədəlbəylini xəbərdar edim ki, mən bu premyaranı ifa etməyəcəyəm, çünki qonorarla razılaşmadım və afişada adım yoxdur. Əslində o buna inanmadı, əlimdən tutub teatra apardı.Yaxınlaşadnda gördü ki, mən haqlıyam. F. Bədəlbəyli çox hirsləndi və dərhal müdirin yanına getdi ki, məsələni aydınlaşdırsın. Hörmətli oxuyucular, o gələnə qədər bilsəydiniz: solistlər, xor artistləri, səhnə işçiləri, dirijor mənə necə baxırdılar... Zala daxil olanda məndən hamı qorxaraq uzaqlaşırdı, sanki salona xalq düşməni və ya ağır iltihab xəstəliyi keçirən bir insan gəlib.Anladım ki, A.Məlikov onunla aramızda konfedisial söhbəti bütün teatr işçilərinə yayıb.Hamı məsələni bilir.Bəllidir ki, nazir o məbləği mənə verməyi lüzum bilmədi və A.Məlikov tələsdi bu "xoş" xəbəri kollektivə istədiyi kimi çatdırsın.Onun məqsədi nə imiş əcaba? Olan nüfuzumuzu gözdən salmaq, bizi utandırmaq, ləkələmək və s. Bütün sexləri bir-bir gəzərək, məni alçaldırdı: "Xuramana bir baxın görün nə tələb edir? Vətənin, xalqın belə çətin dövründə, solistlərin, xor artistlərin, teatrın işçilərin bir quruş maaş aldıqları zamanında, o görün özünə nə tələb edir - 2000 manat?..." Teatrın işçilərinin az maaş aldıqlarından, mənim doğru desəm xəbərim var idi. Amma, A.Məlikov onların ciblərinə girməsəydi maaşlarının bir qismini mənimsəməsəydi bəlkə də bir qədər çox alardılar! İşçilərin çoxu gənc idi, ondan qorxaraq susurdular, danışmırdılar. Bizim estrada ifaçılarımızla müqayisə etsək, Akademik teatrın balet ustaları, solistləri əməkdar, xalq artistlərinin maaşı nə qədər olmalı idi? Kollektivin işçiləri oturub heç dərk etmədilər ki, əgər mən - Xuraman Qasımova Sevil obrazının ifasına 2000 manat "tələb edirəmsə " deməli xor artistləri heç olmasa 200 manat qazanardılar. Opera solistləri 400-500 manat qazanardılar.Əslində mən belə məbləği bu məqsədlə istədim.Heyif ki, heç kəs dərk etmədi.
A.Məlikov hamıya xəbəri özü qarışdıraraq qəsdən belə çatdırdı.Musiqiçilərin, balet artistlərin maaşları inanılmaz dərəcədə yetərli deyildi və bu səbəbdən onlar Bakını tərk etməyə məcbur idilər. Yaxın xarici ölkələrdə özlərinə iş taparaq 700-1000 ABŞ dollara çalışmağa razılaşırdılar. Narazılıq edəndə onlara deyərdilər ki, ölkənizə dönün və orada 50 dollara çalışın.Dönənlər döndü, qalanların hesabında isə həmin ölkələrdə çox sayda musiqiçilər ordusu yetişdi.
F.Bədəlbəylinin israrı ilə mən həmin tamaşada çıxış etdim.Çünki, həmin axşam prezident Heydər Əliyev şəxsən opera balet teatrına təşrif buyuracaqdı.O Fikrət Əmirovun musiqisini, yaradıcılığını yüksək qiymətləndirirdi. 1998-ci il noyabrın 15-də "Sevil" operası III yenilənmiş redaksiyada tamaşılara təqdim olundu. Heydər Əliyev sonra səhnəyə qalxdı bütün iştirakçıları uğurlu ifaları ilə təbrik etdi Mənim çıxışımı xüsusi olaraq qeyd etdi.Yazdıqlarımın hamısı o illərin mətbuat səhifələrində var. A.Məlikov hesab etməsin ki, bu onun uğuru idi.Qurban olsun Fikrət Əmirovun musiqisinə.Mən söylədiyim qonararımı aldım. Lakin teatr rəhbərliyindən deyil, Mehriban xanım Əliyevadan, bununla da teatra bir daha dönməyəcəyimə qərar verdim! O illərdə Mehriban xanım "Azərbaycanın mədəniyyət dostları" fondu yaratmışdır və həmin fondun prezidenti idi. Olanlardan xəbər tutur və bu məsələdə məni dəstəkləyir. Heydər Əliyevin bundan xəbəri olmadı .Dəfələrlə onunla görüşlərimizdə heç bir zaman ona şikayətlərimizi, narazılıqlarımızı bildirməzdik.Bizə ayırdığı dəyərli vaxtını boş dedi-qodularla almazdıq. İndi düşünürəm ki, kaş desəydik... Belə haqsızlıq və özbaşınalıq uzun illər baş verməzdi. Amma hörmətli Mehriban xanım Əliyeva, həqiqətən , mənəvi tərəfdən dəstəkləyərək, mənə güc verdi, ilham verdi. Sonralar da bizim, demək olar ki, bütün səhnə - konsert fəaliyyətimiz onun Fidan xanıma və mənə göstərdiyi qayğı, dəstəyi, hörməti nəticəsində həyata keçirilib. Mehriban xanımın bizə qarşı hər zaman sayqısını hiss etmişik, edirikdə!
Bəli hörmətli oxuyucular, müftə pulları baxın necə qazanmışıq?! 1999-cu il 31 dekabrında, əsrin son günündə Bakıda ""Nedelya" qəzetinin müxbiri Nadejda İsmayılovanın mənimlə geniş bir müsahibəsi çap olundu. O maraqlı söhbətdən məlum oldu ki, Fidan, Xuraman Qasımovalar Azərbaycan opera və balet teatrının solistləri deyillər! Xəbər çatır Prezident Heydər Əliyevə. O, Prezident aparatının humanitar məsələr üzrə şöbəsinin müdiri olan (o illərdə) Fatma Abbdulazadəyə əmr verir ki, bu məsələni araşdırsın və dərhal məlumat versin. Fatma xanım şəxsən özü mənimlə görüşür, ona səbəbləri açıqlayanda teatrda nələr baş verir, bəlli olur ki, olanlardan xəbəri yox imiş.Sevil operasına gələndə isə söylədi ki, mən haqqlıyam. Rolun nə dərəcədə mürəkkəb olduğunu nəzərə alaraq, söylədiyim məbləğ daha artıq ola bilərdi. 2000 manat belə az idi, dedi. Onu xəbərdar etdim ki, A.Məlikov kin saxlayan, qəddar bir insandır. Rəhbər olduğu halda sabah bizə qarşı bütün teatrın kollektivini ayağa qaldırar. Fatma xanım məni sakit etdi. Belə olmayacaq, buna yol vermərik! Prezidentin tapşırığı var və siz ikinizdə teatrın səhnəsində olmalısınız, teatra illərdir uğur gətirmisiniz, teatrın qürurusunuz". Cavab verdim ki, A,Məlikov və onu dəstəkləyənlər açıq şəkildə göstərirlər ki, bizimlə çalışmaq istəmirlər və biz teatra dönməyəcəyik, çünki sabah başqa bir bəhanə ilə yenə bizi ləkələyərək teatrdan uşaqlaşdırsın. Belə yaranmış vəziyyətdən sonra orada çalışmağımız belə çox təhlükəlidir.Nə bilək səhnədə çıxış edərək, yuxarıdan "təsadüfən" tavan dekorasiyalardan, lampalardan biri qırılıb başımıza düşə bilərdi.Biz onunla çalışmaq istəmirik.BMA -da işləyirik və bu bizi çox qane edir.Fatma xanımla söhbətdən sonra nazir P.Bülbüloğlu məni yanına dəvət edir.Tək getmədim.Rektor F.Bədəlbəyli ilə birlikdə nazirin qəbuluna getdik. Təəcübləndim 10 il nazir olasan, A.Məlikovun başımıza gətirdiyi işlərdən xəbərin olmasın. Onunla hər bir baradə açıq danışdım və teatra dönmək istməyimizi bildirdim."Siz A.Məlikovu bəyənirsiz buyurun çalışın, lakin bizimki onunla tutmur" cavab verdim. Biz onun kim olduğunu yaxşı bilirik və onun rəhbərliyi altında çalışmaq istəmirik. Nə səbəbdən onu belə müdafiə edirsiniz? O sizin könlünüzü nə ilə qazanıb? Biz pedoqoji işimizdən çox razıyıq.Arada konsertlərdə də çıxış edirik, xaricə də gedirik. P.Bülbüloğlu razılaşdı ki, bizə qarşı diqqətsizlik olub, doğru münasibət göstərilməyib..."Xahiş edirəm məni başa düşün Heydər Əliyev mənə tapşırıq verib yerinə yetirməsəm, məni işdən azad edə bilər.İstəyirsiniz deyim A.Məlikov sizdən üzr istəsin?"Zəhmət çəkməyin deyib, onunla sağollaşdım. Nazir xəbər göndərdi ki,qoy qardaşınız yanıma gəlsin. Qardaşım görüşə getdi. Söhbətləri uzun çəkmədi.Lakin o dedi "Polad, otur və bir qədər düşün. Məncə sən və çox qoruduğun müdir kimlərə qarşı sayqısızlığı, hörmətsizliyi göstərmişsiniz?Bir xatırla necə Xuraman qəhrəmancasına keçirdiyi xəstəliklə vuruşaraq səhnəyə çıxmaq üçün əziyyətlərə dözüb.Deyirsən ki, unutsunlar?Bağışlaşınlar?Çünki diqqətsizlik olub? Bununla özünüzə haqq qazandırmaq istəyirsiniz? Siz illərdir adlarını xalqın ürəklərindən silməklə, onlarını unudulmasını istəyirsiniz. Buna bir nazir, dost kimi necə yol verərsən? 7 ildir ki, Fidan opera səhnəsinin üzünü belə görmür. Əslində siz onları məhv etməyə çalışmısınız. Bir böyük qardaş kimi düşünürəm bacılarım haqqlıdırlar. Qərar onlarındır.Mən israr etməyəcəyəm " deyib gedir.

Həmin gündən sonra A.Məlikov günlərlə zəng eləməyi, yalvarmaqları, məktubları müqavilə bağlamaq üçün və s, sakitliyimizi pozurdu.Fidan xanımla oturub düşündük.Vaxtı ilə P.Bülbüloğlunun mənə etdiyi yaxşılığını yada saldıq və onunla birgə teatra getməyə razılıq verdik.A.Məlikov üzünü görsəydiniz, gözümüzə baxa bilmirdi.Yerə girməyə hazır idi.Dəfələrlə üzr istədi. Hər ikisi etiraf etdi ki, böyük səhvlərə yol verilib, artıq bizə qarşı bu təkrar olunmayacaq! Polad Büllbüloğluna söylədik - "Qoy hər şey sizin Xuramana elədiyinizə qurban olsun" və müqaviləyə imza atdıq.2000-2005 ilə kimi bəlkə həmin səhnədə 7-9 dəfə çıxışlarımız oldu.Açıq desəm A.Məlikovdan yenə, xatalara alışmış insan olaraq, müqavilələrin şərtlərini pozmaq alçaqlığını gözləyirdim.Şübhə etmirdim ki, belə də olacaq.Sankı suya baxırmışam. Qardaşımız bizi xəbərdar etmişdi ki, o adama inanmaq olmaz.Dəyərli oxuyucular mən hər zaman Fidan xanımı qoruyaraq istəməzdim o öz dəyərli vaxtını, gücünü belə mədəniyyətsiz insanlarla döyüşərək xərcləsin.Biz sənət yolumuzda hər yarışmalardan başı yuxarı, qələbə ilə evə dönmüşük. Fidan xanım parlaq bir ulduz idi ki, bu teatrın səhnəsinə çıxırdı.Parlaq ulduz kimi də qalacaq.Teatr A.Məlikovun şəxsi mülki deyil.
Teatrın adını yüksəldən, onun orada çalışan, ömrünü bəxş edən solistlərdir.Teatr xalqa məxsusdur. Heç bir nəlayiq insan Fidan xanımın adını ləkələməyə qalxa bilməz! 1972-ci ildən onun adı bu səhnədən ilk dəfə səsləndi. O illərdən bir ömür qədər zaman keçib və onun səsinin, ifasının vurğunu olan insanlar, öz qız övladıarının adını Fidan verməyə arzulardı. A.Məlikovun məqsədi belə tarixi şəxsiyyətin adına ləkə gətirmək idi. Bizim silahımız - səsimizdir, bacarığımzdır ! Bunumu bizə bağışlaya bilmirdi A.Məlikov! Çox millətli rəqiblərimizə qarşı qələbə çalmışıq.Yalnız ilk məğlubiyyətimiz 2005-ci ildə Azərbaycanda olub. O il mən, görərək ki, səhnəyə çıxmaq yolları bizim üçün bağlanır, xalqımıza "Milli Məclis"in üzvü seçilərək xeyir verməyi düşündüm. 59 saylı Salyan seçki dairəsindən müstəqil bir namizəd kimi adımı irəli sürdüm.Hesabat verilmiş 23 məntəqənin sayı əsasında 73.11% seçkiləri qazanmış olurdum.Lakin son gündə vəziyyət dəyişdi. Həmin dairədən başqa adam seçildi. Mənə qarşı haqqsızlıq törədildi.Bununla razılaşmaq çox çətin idi.Mənə bu böyük zərbə oldu.Öz evimi girov qoymuşdum və rayonda çox sayda xeyrili işlər görmüşdüm.Akif Turan oğlu, mən uduzmadım.Mənə qarşı bu haqqızlıq edənlər evimə qədər gəlib üzr istədilər.Adını çəkməyəcəm çünki ona hörmətim var. O öz günahını etiraf etdi.İndi məcbur oldum bunu ilk dəfə söyləməyə.Rayondan dönəndə məni evdə ikinci zərbə gözləyirdi. "Exo" adlı qəzetdə oxudum ki, opera və balet teatrının bir neçə görkəmli korifeyləri, aparıcı solistləri: Zeynəb Xanlarova, Canəli Əkbərov, Arif Babayev, Baba Mirzəyev, Qəndab Quliyeva (bunlar hamısı muğam bölümünə aid olan solistlər idi) və Fidan, Xuraman Qasımovalar yaşları ilə bağlı təqaüdə göndəriliblər (57 yaşında Fidan xanım, 54 yaşında Xuraman xanım) Elədiklərini də maliyyə yoxlamasının nəticəsi qərarı ilə cavablandırdılar. Biz teatra maliyyə zərəri gətirmiş sayıldıq.Belə insaların arasında müğənni Müslüm Maqamayevin da adı var idi.Çox maraqlıdır niyə maliyyə yoxlamaları son illər teatrda aparılmır?Akif Məlikov bunu etmək arzusunda idi, mədəni niyyətli insan olsaydı adını çəkdiyim şəxslərin sivil şəkildə təqaüdə göndərərdi.Hər birini yanına çağırıb ən azından bu xəbəri hörmətlə söyləyərdi.Yoxsa sanki köhnəlmiş əşya kimi istifadə edib bayıra atasan?Baxın Moskva teatrlarında rəhbərliyin aktyorlara qarşı münasibətinə, qoy bu sizin üçün nümunə olsun.Gözəl bir təntənəli konsert gecəsi təşkil etmək olmazmı idi bu insanların şərəfinə? Bizimlə birlikdə təqaüdə göndərilən tanınmış xadimlər o qərarla razılaşa bilərdilər lakin, biz belə hörmətsizliyi, təhqir kimi qəbul etdik! Eyni zamanda digər hörmətli həmkarlamızdan hələki qat-qat cavan idik. 1997-ci ildə prezident Heydər Əliyev Fidan xanımı "Şöhrət" ordeni ilə təltif edir: Xuraman xanımı 2001-ci ildə "Şöhrət" ordeni ilə təltif edir. A.Məlikov isə baxın bizi müftə qazancla təhqir edərək təqaüdə göndərir.Biz əlbəttə ki, bununla razılaşa bilməzdik və mətbuatda öz narazılığımız bildirdik.Qoy yoxlayıb baxsınlar A.Məlikov Azərbaycan mədəniyyətinə xeyir gətirib yoxsa zərər. O, Azərbaycan mədəniyyət xadimi adına layiq deyil. Əslində A.Məlikov Azərbaycan mədəniyyət xaini adına layiqdir! Yalnız xain belə özbaşnalığa yol verə bilər! Müslüm Maqamayevin adını teatrından çıxararaq özünə qəhrəmanlıq qazandırır?Hansı üzlə o indi M. Maqamayevin məzarına "üç müşketyor" olan mühafizəçiləriilə bahalı gül dəstələri aparır?Ölməyini gözləyirdi? Bu insan opera sənəti nədir dərk etmir. Azərbaycan Akademik opera və balet teatrını neçə illərdi özfəaliyyət səviyyəsinə endirib!
A.Məlikov nəhayət öz arzusuna nail oldu. Bizi opera teatrdan həmişəlik uzaqlaşdırdı.Hörmətli oxuyucular Sizi xəbərdar etmişdim.A.Məlikov - təhlükəli insan idi, ictimaiyyət arasında nüfuz qazanmış şəxslərlə çalışmağa qorxur.Məncə bu məsələdə itirən teatr oldu, biz deyil. Buna görə o bizdən üzr istəyərək, önümüzdə tir-tir əsərək, 2000-ci ildə teatra dəvət edirdi ki, cəmi 2 il sonra teatr sexlərini gəzərək, Heydər Əliyevin 2002-ci ildə 25 illik fəaliyyətimizə həsr olunan təntənəli konsertdən iştirak edəndən sonra desin ki: "baxmayaraq ki, məni bir qədər tənqid etdilər, lakin mən heç kəsdən qorxmuram!?".Bunu bütün teatr bilir. Hər kəsin yanında iç üzünü açır."Mənə kimsə heçnə edə bilməz,güclü arxam var?!" Akif Turan oğlu görən kimi nəzərdə tuturdu əcaba? Sonra 3 il keçir və 2005-ci ildə - tənqidlərlə, iftiralarla, təhqirlərlə, hörmətsizliklə bizi təqaüdə göndərir, sanki onunla çalışmağa biz can atırdıq. Təkrar edirəm - nazir P.Bülbüloğlunun xahişi ilə biz 2000-ci ildə teatra döndük, A.Məlikov necə yalvardığını unudub. Belə nəlayiq münasibəti hansı ölkədə öz tanınmış, şöhrətli sənətkarlara qarşı edə bilərlər: Rusiyada, İtaliyada, İngiltərədə, Türkiyədə, Fransada, Avstraliyada, Almaniyada, ABŞ-da, Yunanıstanda, İsveçrədə və s? Bunu nə ilə qiymətləndirmək olar ? Söyləyəndə ki, A.Məlikov ,bir müdir kimi bizə qarşı bütün teatrı ayağa qaldıra bilər- haqqlıymışam. A.Məlikov əleyhimizə məqalələr yazdırır və teatrda özü inandığı yaltaqlara məqalələri imzalatdırır: teatrın o illər baş dirijoru C.Cəfərova. 1) Ona qarşı "hörmətsizliyim" bəlkə o olub ki, 1998-ci ildə Sevil rolunu "uğursuz" ifa etmişəm? Və ya professorluq namizədliyinə xasiyyətnaməsini yazıb təqdim eləmişəm?İndi C.Cəfərov teatrdan çıxarılandan sonra başçılıq etdiyim "solo oxuma" kafedrasında dirijor kimi çalışır.Xatam budur? Xalq artisti Qərinə Kərimova (Abdullayeva ) - maşallah, göz dəyməsin, 56 yaşına baxmayaraq, səsi yerində ""tez-tez" müxtəlif opera tamaşalarında çıxış edir", bəlkə ona qarşı hörmətsizliyim o olub ki, səhnə rejisoru Kamil Sultanov əvəzinə, böyük pərdəni mən açıb bağlamışam? Başqa bir ciddi xətam görən nə ola bilər ki?... Muğam ifaçısı xalq artisti Səkinə xanım İsmayılovanı ona görə "üzmüş" ola bilərik ki, Fidan xanım səhnədə "Leyli obrazını" ifa etmək istəyib, mən isə Əsli obrazını?...Əməkdar mədəniyyət işçisi - Yusif Babayev (biz onu Yura Babayev kimi tanıyırdıq). O illərdə o səhnə işçisi idi. İndi teatrın müdir müavini vəzifəsində çalışır. "Hörmətsizlik" o ola bilər ki, səhnədə dekorasiyaları doğru bərkitməmişik?...Əməkdar mədəniyyət işçisi Əli Ağayev - o illərdə teatr adminstratoru vəzifəsində çalışırdı. Ona qarşı "hörmətsizlik" ola bilər ki, "teatrın kassalarını bağlatdırmışıq ki, biletlər satılmasın?" Nəhayət, Əməkdar mədəniyyət işçisi - Tamara Eyvazova. Müdirin ən çox etibar etdiyi insan."Otağında oturub qeybət etmədiyimizi, bunu sevmədiyimizi bildirmişik, bizdən informasiya almaq çox çətin olub, bəlkə "xatamız" bu sayıla bilər?" Belə "kaprizlərə" görə bizi teatrdan uzaqlaşdırmaq azdır, dar ağacından asmaq lazım idi!!! Zarafat bir tərəfə qalsın, amma həmin insanlar Allahlarından qorxmurdular, o yazdırılan iftiraları imzalayaraq?
Nəyin qarşılığında bunu etdilər əcaba? Allahdan qorxmaq lazımdır. O gec edir, amma güc edir! Tamara Eyvazova ilə bağlı qalmaqal buna bir sübut! Teatrın yanından keçmirən deyəndə, səmimiyyəm.Əslində qorxuram.Birdən teatrın həyətindən siçovlu çıxıb üstümə atlanar, teatra ifunətdən, anti-sanitariyadan girmək mümkün deyil.Səhnədə siçovlular, pişiklər aktyorlarla birlikdə çıxış edirlər.Bu yaxınlarda teatrın foyesində, tənəffüs zamanı bir qadın siçovlu görərkən, ürəyi gedir.Bunu bütün şəhər danışır. Akif Turanoğlu, teatr sizin şəxsi mülkünüz deyil! Olsaydı, bəlkə oranı evinizdə olan eyvanlardakı kimi bahalı güllərlə bəzəyərdiniz.Antikvarlı vazalarla, əşyalarla doldurardınız, evinizdə o antik əsərlə təbii ki, qazandığınız maaşla alınmayıb. Hesablama Palatası teatrda yoxlama aparsa, kim opera teatrının pullarını mənimsəyib çox tez zamanda hər şey üzə çıxar. Yol onları mütləq teatr müdirinin kabinetinə gətirəcək. Müftə qazanc onun ciblərindən çıxacaq.

Teatrın sahibləri - aktyorlar, solistlərdirlər. A.Məlikov mən də bir aktrisayam, bunu unutmayın! Gənclik illərində kinolarda da çəkilmişəm: qrim nədir, parik nədir, zahiri görünüşün dəyişməsi nədir - gözəl bilirəm. Məni maraqlandıran tamaşaları şəxsən özüm görməliyəm, ifaçıları özüm duymalıyam. Başçılıq etdiyim "Solo oxuma" kafedramız musiqi kollektivlər üçün kadrlar yetişdirir.Onların uğurları ilə yaradıcılıqları ilə maraqlanmalıyam.Baxmaraq ki, bizi teatrdan qəsdən kənarlaşdırdılar, A.Məlikovu görməmək üçün, zahiri görünüşümü dəyişmək məcburiyyətindəyəm. Sadaladığım o inanılmaz biyabırçılıqları teatrda hazırladığınız təşviqat casuslarından eşitməmişəm, şəxsən özüm şahidi olmuşam. Casuslar sözünü boş yerə işlətmədim,MTN-nin xüsusi təşviqat şöbələri A.Məlikovun teatrda yaratdığı atmosferin yanında yalandır."Koroğlu" operasında o "Gert" adlandırdığınız zavallı atın səhnəyə güclə, ölüvay halda çıxmasını, sonra litavraların səsindən oradan səhnəni bulaşdıraraq qaçmasını gözlərimlə görmüşəm. Nə yaxşı ki, orkestr çuxuruna düşməyib. Dahi Üzeyir Hacıbəyli bunları görsəydi, ürəyi partlardı! Odur ki, A.Məlikov, bundan sonra bilet yoxlayanlara ciddi tapşırıq verin ki, giriş qapılarda gözlərini dörd açsınlar, birdən salonu güclə dolduruğunuz əsgərlər arasında məndə ola bilərəm. Akif Məlikov teatrın hər bir uğurunu öz şəxsi qələbəsi hesab edir. Yüksək qonaqları: səfirləri, vəzifəli şəxsləri, Milli Məclis üzvlərini, nazirləri və s şəxsən özü tək-tək dəvət edir. Pulsuz dəvətlərə kim gəlməz ki? Teatrı soya-soya Akademik opera və balet teatrın səvəiyyəsindən özfəaliyyət halına salmısınız. Ü.Hacıbəyoun "Arşın mal-alan" və "Məşədi İbad", "O olmasın bu olsun" gözəl musiqili komediya əsərlərin opera səhnəsində səslənməsi nə dərəcə böyük uğur hesab etmək doğru olar? Opera teatrın səhnəsində göstərilmək üçün bəstəkar həmin əsərləri yaratmışdır? O zaman Ü.hacıbəyovun şah əsəri - "Koroğlu" operası musiqili komediya teatrın səhnəsində də nümayiş oluna bilər?! Məşhur macar bəstəkarının İmre Kalmanın "Silva" operattasını Milanın "La skala" opera teatrının səhnəsində görmək mümkündürmü? Bildiyim qədər, A.Məlikov teatrın baş rejisoru Hafiz Quliyevlə aralarında çox gözəl anlaşmışlar: Milli əsərlərin qurluşçu rejisoru Hafiz Quliyev, xarici operaların əsas məsləhətçisi "peşəkar rejisor" Akif Məlikov. Maşallah, nə dərəcədə "hərtərəfli bacarığa malik mütəxəsisdir": "əla pianoçu", "rejjisor", "vokal peşəkarı" "təşkilatçı rəhbər" və s...
V.A Motsartın, C.Verdinin , J.Bizenin, C.Puççinin, ölməz operalarının musiqisini kəsib doğramaqla qısaltmaq, sevmədiyi, bəyənmədiyi ariaları,kabalyettaları səsləndirməmək kim cəsarət edərdi? Akif Məlikov!
Adlarını çəkdiyim bəstəkarlar öz ölkərinin rəmzidirlər! Belə özbaşınalıq düşünürəm - cinayətdir! Dahi Motsartın, C.Verdinin və digər dünya bəstəkarların operalarını nə hala gətirdiklərini duysalar, Azərbaycanla mədəniyyət sahəsində müqavilələri ləğv edərlər!.Teatrda bədii şura yoxdur. Akif Turan oğluna heç kəs cəsarat etmir başa salsın ki, belə özbaşınalıq olmaz! Hara gedir yeni tamaşalar üçün ayrılan hökümət vəsaitləri?Tamaşaçıların xəbəri varmı ki, bəzən solistlər öz şəxsi geyimləri ilə təmsillərə çıxırlar?Eyni dekorasiyalar bir tamaşadan, digər tamaşada istifadə olunur.Hara gedir bu müftə pullar?Qasımovalar ki, orada yoxdur.Lakin bizim geyimlərimiz başqa tamaşalarda istifadə olunur.
Teatrı sevənlər, musiqi sevənlər elə bu səbəbdən çox təəcüblənirlər: niyə bu adamın haqqsızlıqlarına son verilmir?! Maraqlıdır 30 il belə geniş imkanlara sahib olduğu musiqiçi - A.Məlikov, 8 il ərzində filarmoniyanın kamera- konsert zallarının səhnələrində fortepiano arxasında nə pianoçu, nə də kiməsə müşayyətçi rolunda bir dəfə də olsun görüb - duyan olmayıb. "Fərqlənmə Diplomu" olan ifaçı buna necə dözə bilib?Bir konsert proqramı hazırlasın və solistlərə müşayyiyət etsin. Şok olar!!!, Möcüzə olar !!!

Operanı, baleti o sevə bilər.Lakin sənət olaraq, dərk etmir.Bəyəndiyi ifaçılardan heç olmasa tələb edərdi ki, oxuduqları əsərlərim sözlərini daha doğru, aydın desinlər.Onlar artıq tələbə deyirlər, opera solistləridirlər.Onun ki biznesdir. Şükür olsun ki, il yarım öncə teatra yeni gənc dirijor - Əyyub Quliyev işə alınıb.Ümid edirəm, onun sahəsində orkestr və solistlər daha ciddi çalışaraq, doğru çalıb oxuyarlar, əgər müdir təpki göstərməsə. Əyyub çox ümidverici gənc dirijordur.Gözəl təhsil almış, öz bacarığı ilə oranı səhmana salacağıma inanıram.
Hər solist öz səsinə uyğun opera əsərlərdə çıxış etməlidir! Əks halda gənc olduqlarına baxmayaraq səslərinin pozulması təhlükəsi yaranır və sanmayın ki, tamaşaçılar bunu duymayır.A.Məlikovun vokal sənətindən xəbəri olmadığı halda o ifaçıları düşünə bilməz, şəxsi maraqlarından başqa.Yazıq solistlər dərk etmirlər ki, A.Məlikov onları bir əşya, qul kimi istifadə edir.Teatrın bir çox gözəl səsə malik gəncləri oranı tərk edir.Onlar xarici ölkələrdə böyük uğurla çıxış edirlər.A.Məlikov tənqidi sevmir, qarşısını bir anda almağa bacarır. Lakin, tənqid olmasa inkişaf da olmaz!.Bütün məqalələr tamaşalar göstərilmədən öncə yazılır və uğurlar varsa, yalnız ona ünvanlanır.Əslində yeni tamaşalar üçün dövlətin vəsaiti ayrılır.Lakin tamaşa neçə dəfə göstərilir?Heç kimin xəbəri yoxdur. Hesablayın kim 30 ildir müftə pul qazanır? Bütün məsuliyyətimlə deyirəm ki, opera teatrımız təhlükəli vəziyyəti - onu uçuruma doğru aparır!. Bu barədə həmyerlimiz olan məşhur tenor, Azərbaycanın xalq artisti Yusif Eyvazov müxbirlə söhbətindən duydum.Bakının opera teatrının belə səviyyəsiz halından o da öz narazılığını bildirdi.

Bu yaxınlarda KİV-də oxudum ki, dünya klassik musiqisinin şah əsərlərindən biri - görkəmli bəstəkar Azərbaycanın və SSR-nin xalq artisti Arif Məlikovun məşhur "Məhəbbət əfsanəsi" baletini 13-15-16 mart 2020-ci ildə Heydər Əliyev sarayında təqdimatı keçiriləcək. Çox sevindim.
Yaxşı xatırlayıram bəstəkarın dəfələrlə acı iztirabla söylədiyi sözlərini.Bütün dünyada bu balet göstərilib, müəllifə, Vətənimizə şöhrət gətirib, lakin Bakı opera və balet teatrın səhnəsində A.Məlikov müdir olandan bu balet nümayiş olunmayıb.Belə haqqsızlığa bəstəkar dözə bilmirdi.Ölənə qədər onun arzusu ürəyində qaldı.Nə haqla A.Məlikov bunu edirdi?!Niyə belə tanınmış xadimin musiqisini öz ölkəsində səsləndirməsinlər? Bunu yalnız Vətən xaini edə bilər.Akif Turan oğlu alışıb böyük şəxsiyyətlərin son mənzillərinə gül dəstələri ilə gəlsin. Əhsən ! Əhsən! Heydər Əliyev Fondunun prezidenti - Mehriban xanım Əliyevaya, Fondun vitse prezidenti Leyla Əliyevaya! Onların təşəbbüsü olmasaydı bu gözəl əsər A.Məlikovun 50 il sonra vətənində səslənməzdi. İndi dahi bəstəkarın ruhu şad olar.Dəyərli oxuyucular, çalışın həmin baletin nümayişində iştirak edəsiniz, zövq alarsınız. Bir vaxtlar dahi şəxsiyyətlər: Maestro Niyazi, Qara Qarayev, Fikrət Əmirov arasında münasibətlər pozulmuşdur. Əfsuslar olsun ki, orada gəzən: qorxaq, xain, alçaq, paxıl insanlar 3 dahi şəxsiyyətin münasibətlərini pozaraq Azərbaycan mədəniyyətinə böyük zərbələr vurmuş olublar. Ulu öndərimiz hər zaman qeyd edərdi ki, "xalqın yüksək mədəniyyəti - onun ucalığıdır, böyük mədəniyyət şəxsləri isə - sərvətidir!!!"

Yeri gəlmişkən demək istəyirdim ki, bir vaxtlar Opera və Balet teatrımızın müdiri maestro Niyazi olub. Əgər o indi sağ olsaydı, Akif Turan oğlunun bəyənib seçdiyi ifaçıların əksəriyyətini nəinki teatrda solist qəbul edərdi, Akademik Opera teatrının yaxınlığına belə buraxmazdı! Nə yaxşı ki, Fidan xanıma və mənə mədəniyyətimizin görkəmli şəxsiyyətləri ilə ünsiyyətdə olmaq nəsib olub.

Yadıma düşdü ki, hörmətli Əbülfəs Qarayev mədəniyyət naziri təyin olmadan öncə, onun əmisinin Qara Qarayevin və əmisi oğlunun balet musiqiləri teatrımızda səslənmirdi. 2005-ci ildə Ə.Qarayev nazir təyin olunandan sonra onların baletləri dərhal bərpa olundu.

A.Məlikov, insanı tanıdan onun əməlləridir.Son zamanlar düşünüb belə qərara gəldim ki, elə bizim P.Bülbüloğlu ilə pozulmuş münasibətlərdə Akif Turan oğlunun böyük rolu olub. A.Məlikov bizim 27 il opera fəaliyyətimizi qəsdən çalaraq, bizə qarşı da cinayət törədib. Bu illər ərzində biz 27 yeni obrazlar hazırlardıq.Lakin onun içindəki qorxu buna izn vermədi.Bilmirəm bəlkə də biz xoşbəxtdik ki, onun rəhbərlik etdiyi dövrdə teatrda çalışmamışıq.Bizi zəhərlərdi.Hesab edirəm ki, bir müğənni kimi tam şəkildə biz özümüzü realizə edə bilmədik.Bizə, sanki, qəsdən bunu etməyə imkan yaratmadılar.Gec-tez A.Məlikov oradan gedəcək.Əminəm biz o günü görəcəyik.Vəzifədən və qoltuqdan ayrılmaq çətin olsa da, illər gedir.İnsan gedərkən onun əməlləri qalır. Soruşanda Akif Turan oğlu Məlikov kimdir?, kimə yaxşılıq edib? Şübhə etmirəm ki, deyəcəklər : Ləkəli keçmişi ilə tanınan birisi, ya da susacaqlar. Arif Məlikovun əsərini isə xalq ayağa qalxaraq alqışlayacaq. Bu da Akif Turan oğlunun məğlubiyyəti olacaq!!!.

Heç yadımdan çıxmaz necə Akif Məlikov ölməz müğənni Müslüm Maqamayevin adını mətbuat səhifələrində hallandıranda o cavab vermişdir: "Əgər Akif Turan oğlu birdə mənim adımı çəksə, mən onu öz məxməri baritonumla hara lazımdır göndərərəm!" Əgər A.Məlikovun Azərbaycan mədəniyyətinə gətirdiyi ziyanları hesablasaq onun yeri əslində müdir lojası deyil, qəfəs arxasıdır. Bildiyimə görə, A.Məlikovun çox kübar xanımı, iki qızı, nəvələri var. Artıq atsın bu gənc qızların ətəyini, utanmaq lazımdır.Ailəsinin deyəsən A.Məlikovun ləkəli keçmişindən xəbəri yoxdur.Biz A.Məlikovu xəbərdar edirik.Fidan və Xuraman Qasımovlar barədə iftiralar yazdırmağa qalxsa, cəht etsə "açarıq sandığı tökərik pambığı".Onun barəsində topladığımız kifayət qədər məlumatımız hələ var və daha da maraqlı.Həmin məlumatları da məmnuniyyətlə bölüşə bilərik.
Dəyərli oxuyucular, bizi sevdiyiniz üçün dəstək verdiyiniz üçün təkrar hamınıza çox minnətdarıq.
Hər zaman sizlərlə yaşayan - Azərbaycan Xalq Artistləri Fidan və Xuraman Qasımovalar

P.S. Əgər bu açıq söhbətdən sonra başımıza bir iş gəlsə bilin onu kim edib.O insandan hər şey gözləmək olar. İnanın bizə.


Xalq Artisti Xuraman Qasımova: "SUSA BİLMƏRƏM"

QEYD:
BAKU.NEWS qarşı tərəfin mövqeyini də dərc etməyə hazırdır

FACEBOOK ŞƏRH YAZ