• İdman • Cəmiyyət • Gündəm

Əməkdar idman ustası Mirəli Seyidov Dünya Alpaqut Federasiyasının fəxri üzvü seçilib

1 711
20-01-2020, 16:02

18 yanvar 2020 ci il tarixində bakıda keçirilən Ümumrespublika Alpaqut seminarda Azərbaycan Ciucitsu federasiyasının prezidenti, əməkdar idman ustası Mirəli Seyidov da iştirak edib.


Alpaqut Turan döyüş sənətinin qurucusu, beynəlxalq dərəcəli idman ustası Kutsan Vasif Namazov tərəfindən aparılan seminara qonaq qismində qatılan Mirəli Seyidov məşqçilərə master klass programı çərçivəsində texniki fənlər göstərib. Seminar sonunda Dünya Alpagut Federasiyasının fəxri üzvlük diplomu Kutsan Vasif Namazov tərəfindən Mirəli Seyidova təqdim olunub. Alpaqut Turan döyüş sənətinin ierarxiya qaydalarına əsasən DAF fəxri üzvü olan şəxs Toraman Alpaqut titulu almış olur.

Qeyd edək ki, bu günə qədər bu titul ilə Professor Firudin Ağasıoğlu və Əməkdar İdman xadimi Azər Həsənsoy təltif edilmişdir.
Əməkdar idman ustası Mirəli Seyidov Dünya Alpaqut Federasiyasının fəxri üzvü seçilib







FACEBOOK ŞƏRH YAZ