• İqtisadiyyat • Gündəm

Caspian European Club biznes-tur təşkil edib

320
18-01-2020, 19:00

Caspian European Club üzvləri biznes-tur çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) baş çəkib.

Bu barədə BAKU.NEWS=aCaspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Şirkətlərə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyəti barədə ətraflı məlumat verib. Biznes-tur çərçivəsində şirkətlər həmçinin Mərkəzləşmiş Nümunə Qəbulu Sektorunun, Milli Referent Laboratoriya və Mərkəzi Baytarlıq Laboratoriyasının fəaliyyəti ilə də tanış olublar.

“Biznes-tur iştirakçılarına interaktiv formatda AQTİ-nin fəaliyyəti və gələcək planları barədə məlumat təqdim olunub. Qeyri-rəsmi şəraitdə Caspian European Club üzvlərinin AQTİ rəhbərliyi ilə görüşü təşkil olunub. AQTİ rəhbərliyi biznes-tur iştirakçılarını maraqlandıran sualları cavablandırıb. Tərəflər əməkdaşlıq imkanları, əməkdaşlıq barədə əldə olunmuş ilkin razılaşma barədə müzakirələr aparıblar”, - deyə Telman Əliyev söyləyib.

Telman Əliyev qeyd edib ki, Caspian European Club ölkənin və regionun nəhəng dövlət və özəl müəssisələrinin potensialı, həmçinin əməkdaşlığın qurulması imkanları ilə daha yaxından tanış olmaq məqsədilə iş adamları üçün ənənəvi olaraq bu cür biznes-turlar təşkil edir. İlin əvvəlindən ona yaxın biznes-tur keçirilib. Onların sırasına erməni işğalçılarından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə, AMEA Yüksək Texnologiyalar Parkına, Naxçıvan Muxtar Respublikasına, Bakıdakı Heydər Əliyev Beynəlxalq aeroportuna, Beynəlxalq Bakı Ticarət Limanına, “Ulduz” şokolad fabrikinə, Gazelli Group kosmetika şirkəti fabrikinə, Debet Safety şirkətinin fabrikinə, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində İnnovasiyalar Mərkəzinə və digər məkanlara təşkil olunmuş biznes-turlar da daxildir.
Sıralarında dünyanın 50 ölkəsinin 5 mindən artıq şirkət və təşkilatını birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un Gürcüstanda və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Çexiya və Latviyada səlahiyyətli nümayəndələri var.

FACEBOOK ŞƏRH YAZ