• Cəmiyyət • Elm • Gündəm

Elbəy Qasımzadə: Sovet dövründə olan abidələr gərək qalardı

398
1-04-2019, 21:10

Elbəy Qasımzadə: Sovet dövründə olan abidələr gərək qalardı.

Bu haqda fikirlərini Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə Baku.News-a açıqlamasında söyləyib.

-Bildiyimiz kimi Sovetlər dövründə movcud olan bir çox heykəllər, abidələr müstəqillik illərində götürüldü. Yaxşı olmazdı ki, o heykəllər, abidələr tariximizin bir parçası və memarlıq əsəri kimi qorunub saxlanardı. Ən azından, o heykəlləri, abidələri bir açıq məkana toplayıb oranı tarixi memarlıq muzeyi kimi turistlərin və nostalji hisslərlə yaşayan insanların istifadəsinə vermək yaxşı olmazdımı?

-Sovet vaxtları bir çox heykəllər olub. Həmin heykəllərin götürməlisinin tərədarı deyildim. Çünki mən hesab edirdim ki, bu da bizim dövlətimizn hansısa bir mərhələsidir. Misal üçün Parisin mərkəzində ən qaddar, qatilin heykəli hazırda durur. Bu həmin adamdır ki, minlərlə fransız qanı töküb. Lakin onun heykəli durub. Nə üçün? Ona görə ki, bu tarixdi, ikinci tərəfdən tərbiyyədi. İnanıram ki, fransızlar öz uşaqlarını gətirib bu heykəlin qabağına onun necə qatil, qəddar olduğunu deyirlər. Bu özü bir tərbiyyədir. Xalq öz tarixini bilməlidir. Lakin biz bütün abidələri, heykəlləri yığışdırdıq. Artıq 29 ildir Azərbaycan müstəqildir. Sovet dövründə olan abidələr gərək qalardı. Lakin onlar yığışdırılıb. Mən elə eşitmişəm ki, bu heykəllərin hamısı hardasa bir yerdə yığılıb. Bir ara mən fikiləşirdim ki, Montin Bağı tərəfdə bir sərgi kimi düzəltmək olarıdı. İnsanlarda maraqlanandə gəlib baxsınlar. Bayaq qeyd etdiyim ki, insanlar öz uşaqlarınıa yaxşı və pisi göstərsinlər. Bu yəqin ki, Bakı Şəhər İcra Hakimiyyətinin səlayihəti daxilindədir. Hər halda bu haqda düşünmək lazımdır.

FACEBOOK ŞƏRH YAZ