• Dünya • Turizm • Hadisə • Gündəm

“Thai Airways” təyyarəsi təcili eniş edib

1 200
13-01-2020, 10:03

“Thai Airways” aviaşirkətinə məxsus təyyarə iki sərnişinin halının pisləşməsi səbəbindən Şri-Lankanın Bandaranaike beynəlxalq hava limanına təcili eniş edib.

BAKU.NEWS TASS-a istinadən xəbər verir ki, bu barədə “ColomboPage” onlayn nəşri məlumat yayıb.

Hava limanının nümayəndələrinin verdiyi məlumata görə, Ciddədən (Səudiyyə Ərəbistanı) İndoneziyanın Surabaya hava limanına uçan təyyarə yerli vaxtla saat 02:45-də Bandaranaik şəhərinə enib.

Həmin ana qədər göyərtədəki iki İndoneziya vətəndaşı - qadın və kişi ölüb.

Hadisənin digər təfərrüatları açıqlanmır.

FACEBOOK ŞƏRH YAZ