• Siyasət • Dünya • Gündəm

KİV: Britaniyalı səfir Tehranda etiraz aksiyaları təşkil etdiyinə görə saxlanılıb - FOTO

2 715
12-01-2020, 03:00

Böyük Britaniyanın İrandakı səfiri Robert Makera şənbə günü İranın paytaxtı Tehranda keçirilən etiraz aksiyalarının təşkilində və aksiyalarda iştirak etdiyi üçün bir neçə saatlıq saxlanılıb.

BAKU.NEWS xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, səfir bazar günü (12 yanvar – red) izahat verməsi üçün İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edək ki, İranda tələbələrin hazırkı hökumətə qarşı etiraz aksiyası keçirilib. Belə ki, Tehranda Ukrayna təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə ehtiram nümayiş etdirmək üçün tələbələr küçələrə çıxıb və nəticədə anım mərasimi rejimə qarşı etiraz aksiyasına çevrilib.

İran hüquq-mühafizə orqanlarının xüsusi qüvvələri etirazçıların olduğu əraziyə göndərilib, onlar nümayişçiləri dağıdıb.

Eyni zamanda, etirazçılar, Birləşmiş Ştatların hərbçiləri tərəfindən öldürülən İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") Qüds qanadının komandiri, general Qasım Süleymaninin portretini cırıblar.

KİV: Britaniyalı səfir Tehranda etiraz aksiyaları təşkil etdiyinə görə saxlanılıb - FOTO

FACEBOOK ŞƏRH YAZ