• Siyasət • Gündəm

Jurnalistlər yeni namizədlərdən kimləri deputat görmək istəyirlər? (SORĞU)

5 389
10-01-2020, 14:35

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2416 nəfər müraciət edib. Onlardan 689 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Qeydə alınan namizədlər arasında tanınmış ictimaiyyət xadimləri, jurnalistlər, ziyalılar da var.

Bəs jurnalistlər yeni namizədlər arasında kimin deputat olmağını istəyir?

SalamNews bu barədə jurnalistlərin fikirlərin təqdim edir.

Tural İbadlı (Report)

Bu il fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə kifayət qədər yeni və gənc namizədlər var. Bəzilərini tanıyıram, bəzilərini isə yox. İstərdim ki, gənc və layiqli namizəd Yəhya Babanlı bu seçkilərdə uğur qazananlar sırasında olsun. Yəhya Babanlı vətənpərvər, savadlı və kifayət qədər təcrübəli insandır. Həmçinin dostumuz Nəsimi Paşayevi, Oruc İbrahimovu də parlamentdə görməyi çox arzu edirəm. Düşünürəm ki, Oruc İbrahimovun şansları böyükdür. Ümumilikdə isə seçkilərin azad, şəffaf və ədalətli keçməsini arzu edirəm.

Günay Elşadqızı (APA)

Namizədliyini verən hər kəs yadımda deyil düzü, yadımda qalanlardan Sərraf Hüseynov, Nəzakət Məmmədova, Yelena Sideronko, Ceyhun Məmmədov, Nəsimi Paşayev, Elşad Mirbəşir və Bəxtiyar Hacıyevin qalib gəlməsini istərdim

Fərid Ədalət (Baku.ws)

Mən konret olaraq ad çəkmək istəmirəm. Amma parlamentin yeni tərkibində ictimai nüfuzu olan, cəmiyyət arasında müsbət imici olan aktiv və savadlı insanların olmasını arzulayardım. Belə olan halda parlament haqqında cəmiyyətdə olan fikirlər müsbətə doğru dəyişməyə başlayacaq, həm də həmin şəxslərin sözünə etibar ediləcək. Bundan başqa, daima ictimaiyyət arasında olan şəxslər var ki, onlar hansı problemlərin olduğunu daha yaxşı bilir. Həmin şəxslərin deputat seçilməyi problemlərin də Milli Məclisdə müzakirə olunacağına səbəb ola bilər. Deputatlar arasında jurnalistlərin sayının çoxalması informasiya şəffaflığının artırılmasına, mətbuatla siyasi elita arasında münasibətlərin yaxşılaşmağına müsbət təsir edə bilər.

Səbuhi Vaqifoğlu (AZTV)

Hazırda Azərbaycanda perspektivli, intelekt səviyyəsi yüksək, savadlı, bacarıqlı gənclərin sayı artmaqdadır. Parlament seçkilərinə millət vəkilliyinə verilən namizədlərə baxanda, onların arasında qeyd edilən gəncləri görmək mümkündür. Mən öz növbəmdə seçkilərdə real deputat kürsüsünə iqtisadçı ekspert Vüqar Bayramovu və iş adamı Qüdrət Nuriyevi layiq bilirəm. Hər iki simanın təcrübəsinə bələdəm. Düşünürəm ki, ölkə üçün, cəmiyyət üçün faydalı işlər görə bilərlər. Bu arada digər namizədlərə də uğurlar arzulayıram. İnşaallah layiq olanlar qazansın.

Elmir Muradov ABC.AZ (Fineko)

İlk növbədə onu qeyd edim ki, bu dəfəki parlament seçkiləri əvvəlkindən ab-havasına və bir sıra məqamlarına görə fərqlənir. Ona görə də bu dəfəki seçkilərə həm maraq, həm də ümidlər çoxdur. Bununla yanaşı gənclərin, savadlı kadrların namizədliyini də irəli sürməsi sevindiricidir. Məhz bu baxımdan düşünürəm ki, bu seçkilər gələcək seçkilərə yaxşı mənada nümunə olacaq. Kimin deputat olmasına gəlincə, qeyd etdiyim kimi xeyli gənc və savadlı insanlar namizədliyini verib. Ona görə də ad çəkmək çətindir. İctimai-siyasi məsələlərdə söz deməyi bacaran, cəmiyyətdə xüsusi çəkisi olan, Azərbaycanın gələcəyi üçün çalışacaq, xalqın sözünü deməyi bacaracaq bütün namizədləri parlamentdə görmək istərəm. Əminəm ki, bu jurnalist olaraq tək mənim fikrim deyil, bütün cəmiyyətin istəyidir. Fürsətdən istifadə edib bütün namizədlərə seçkilərdə və gələcək işlərində uğurlar arzulayıram.

Həsən Həsənov (BAKU.NEWS)

Mən yeni namizədlər arasında istərdim ki, Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev, jurnalist Ləman Ələşrəfqızı, Nigar Arpadarai, Yəhya Babanlı, Könül Nurullayeva millət vəkili seçilsinlər.

Məğrur Salmanov (Yeni Müsavat qəzeti)

Mən Rauf Arifoğlunun millət vəkili olmasını arzu edirəm. Bunu təkcə baş redaktorum olduğu üçün yox, onun fəaliyyətinin həm seçildiyi dairənin insanlarına, həm media cameəsinə, həm də ümumilikdə xalqa və cəmiyyətə faydalı olacağına inandığım üçün deyirəm. Rauf Arifoğlu 30 ildir media kapitanı kimi əksər deputatlardan daha çox iş görüb və insanlara, cəmiyyətə faydalı olub. Deputat seçilərsə, bu səlahiyyətləri də əldə edərsə, onlarla jurnalisti əhatə edən peşəkar komandası ilə daha çox işlər görəcək.

Elçin Əliyev (Faktor.az )

Bu il keçiriləcək parlamet seçkilərində bir çox tanınmış yeni simalar var. Atabankın departament rəhbəri Oruc İbrahimov, Formula-1 pr marketinqi Nigar Arpadarai, FHN-nin keçmiş mətubta katibi Yəhya Babanlı, Yeni Müsavat qəzetinin baş readktoru Rauf Arifoğlu, jurnalist Ləman Ələşrəfqızı, jurnalist Ceyhun Musaoğlunu deyə bilərəm.

Tural Tağıyev (Palitra qəzeti)

Nəsimi Paşayevin, iqtisadçı Vüqar Bayramov, Rauf Arifoğlu, Şair Ramaldanov, Aİİ Rektoru Ceyhun Məmmədovun və Sərraf Balaxanı həmçinin həmkar kimi isə gənc namizəd Rufik İsmayılovun da Milli Məclisdə görmək istəyərdim.

Nərmin Əkbərli (Axar.az)

Rauf Arifoğlu, Nəsimi Paşayev, Vüqar Bayramovu parlamentdə görmək istərdim. Hər kəsə uğurlar.

Xeybər Heydərov (Fed.az)

Mən "Ata Bank"ın departament rəhbəri Oruc İbrahimovu və tanınmış pr mütəxəsis Nəsimi Paşayevin deputat olmasini istərdim.

Könül Cəfərli (Oxu.az)

Fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində xeyli sayda tanınmışlar var. Mən tarixçi-alim Yəhya Babanlı və tanınmış pr mütəxəsis Nəsimi Paşayevin deputat seçilməyini arzu edərdim.

FACEBOOK ŞƏRH YAZ