• Cəmiyyət • Gündəm

İsmayıl Rəhimovun namizədliyi üçün imza toplama kampaniyası uğurla davam edir

4 568
4-01-2020, 19:07

62 saylı Saatlı Rayonu Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş İsmayıl Rəhimovun namizədliyi üçün imza toplama kampaniyası uğurla davam edir.

Azərbaycanda yaşayan Axısqa türkləri Vətən İctimai Birliyinin Sədri İsmayıl Rəhimovun Seçki Qərargahından BAKU.NEWS-a verilən məlumata görə, Saatlı rayonu 62 saylı Seçki Dairəsinin ərazisindən dünəndən başlamış imza toplama kampaniyası bu gün də davam edib.

Tələb olunan 450 imzanın artıq 400-ü toplanıb. İmza toplama kampaniyası davam edir.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 9 fevral 2020-ci ildə keçiriləcək.

FACEBOOK ŞƏRH YAZ